İzahlı lüğət

QAŞQABAQ

is. Acıqlı, hirsli və ya bir şevdən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə. □ Qaşqabağı açılmaq - üzündə fərəh əlaməti görünmək; açığı, hirsi sovuvaraq üzü açılmaq. [Hacı Murad:] Bəs niyə heç qaşqabağın açılmır? S.S.Axundov. Qızın .. üzündə qəzəb və hiddət bir anda silindi. Qaşqabağı açıldı. M.Rzaquluzadə. Oaşqabağı yer altından (yer ilə) getmək - həddən artıq hirsli, acıqlı olmaq. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu. Nədənsə ovqatı çox təlx idi; qaşqabağı yer altından gedirdi. B.Talıblı. Qaşqabağını sallamaq (turşutmaq, tökmək) qaşlarını çataraq və alnını qırışdıraraq, öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək. Sözlərini qurtaran kimi Səməd yenə qaşqabağını sallayıb, sükuta gedərdi. Çəmənzəminli. Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqabağını tökdü. B.Talıblı. Qaşqabaq göstərmək - pis qarşılamaq, acıqlı qarşılamaq. 0əksiz səninlə ədavəti var; Onunçun göstərir qaşqabaq sənə. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QIM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed