İzahlı lüğət

QATI

sif. 1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.
Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. - Alaçıqların bəriyanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi. M.Hüseyn. Qaranlıq o qədər də qatı deyildi, evlər, ağaclar seçilirdi. S.Rəhman. Dünyamız o qədər qatı dumanda; Gözləri tor bağlar ulduzların da. M.Araz.
məc. Çox şiddətli, çox güclü, çox bərk. Qatı soyuq. - Qatı müştaq olmuşam zülfü üzarın buyinə. Nəsimi. Dərdim qatıdır bu gecə lütf eylə, ey dust! Mən bidilü biçarəvü bimarı unutma. Kişvəri. Lakin küçədə gəzişib, azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. M.S.Ordubadi.
məc. Sərt, rəhmsiz, amansız, qəddar. Qatı ürək. - [Qacar:] Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da haqqım var mənim. S.Vurğun. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed