QOHUMLAŞMA (ID - 25700)"Qohumlaşmaq” dan f.is.
|
QOHUMLAŞMAQ (ID - 25701)f. 1. Əslində qohum olmayıb, sonradan bir-birinə qız verib almaqla qohum olmaq. [Məhərrəm bəy:] Mən özümü çox xoşbəxt hesab edərdim ki, sənin ilə qohumlaşmaq mümkün olaydı. S.S.Axundov.
2. məc. Yaxınlaşmaq, dostlaşmaq. |
QOHUMLU (ID - 25702)sif. Qohumları olan. Yarı az sevirəm qohum-qardaşdan; Qohumlu bəxtəvər, gözüm yoldadır. Ə.Cavad.
|
QOHUMLUQ (ID - 25703)is. 1. Ən yaxın əcdad ümumiliyi əsasında insanlar arasında əmələ gələn münasibət; əqrəbalıq. Yaxın qohumluq. Uzaq qohumluq. - Üç-dörd gün bundan qabaq qəssab Cəmil gəldi bizə. Bununla bizim bir yüngülvari qohumluğumuz da varmış....
|
QOHUMPƏRƏST (ID - 25704)[qohum və fars. ...pərəst] bax qohumbaz.
|
QOHUMPƏRƏSTLİK (ID - 25705)bax qohumbazlıq.
|
QOXARCA (ID - 25706)is. zool. Qiymətli dərisi (xəzi) olan bir heyvan.
|
QOXMAQ (ID - 25707)bax qoxumaq. Alnını aydınlıq öpərək oxşar; Gül-çiçək qoxar gül yanağın sənin! A.Şaiq. Çiçəklər, otlar, güllər bahar günəşinin ilıq şüası altında ruhlanıb, təravətlənib gözəl qoxurdular. Çəmənzəminli.
|
QOXU (ID - 25708)is. Maddələrin buruna təsir etmə xassəsi, burunla hiss olunan şey; iy. Tənbəki qoxusu. Çiçəklərin gözəl qoxusu. Pis qoxu. Tünd qoxu. Kəskin qoxu. - Səba saçın qoxusundan müəttər olmuşdur. Nəsimi. Meşədən həmişəki ürəkaçan,...
|
QOXULAMA (ID - 25709)“Qoxulamaq” dan f.is.
|
QOXULAMAQ (ID - 25710)f. 1. Burunla nəfəs çəkərək, bir şeyin iyini almaq, iyini duymağa çalışmaq. Gülü qoxulamaq.
2. məc. Yoxlamaq, öyrənməyə, tanımağa, bilməyə çalışmaq. Qorodovoylar, jandarmalar yenə də öz duracaqlarında gəzişir və gəlib-gedənləri... |
QOXULANDIRMAQ (ID - 25711)b a x qoxutmaq.
|
QOXULANMA (ID - 25712)“Qoxulanmaq” dan f.is.
|
QOXULANMAQ (ID - 25713)f. İylənmək, iy vermək.
|
QOXULU (ID - 25714)sif. Müəyyən iyi olan. Bənövşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olar. M.P.Vaqif.
|
QOXUMA (ID - 25715)“Qoxumaq” dan f.is.
|
QOXUMAQ (ID - 25716)f. 1. Müəyyən iy vermək. Bu yerlərdə müşkü ənbər qoxuyur; Nazlı dilbər gəzən yerdir bu yerlər. Aşıq Kərəm. Səhərlər Muğan çöllərinin nəfəsi ətir qoxuyur. M.İbrahimov. Pis iy vermək, üfunətlənmək, iylənmək, çürümək....
|
QOXUMUŞ (ID - 25717)sif. İylənmiş, üfunətli. Qoxumuş pendir. Qoxumuş meyvə. - Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi.
|
QOXUSUZ (ID - 25718)sif. Heç bir qoxusu olmayan, heç bir iy verməyən. Qoxusuz çiçək. Dadsız və qoxusuz meyvə. Qoxusuz dərman.
|
QOXUTMA (ID - 25719)“Qoxutmaq” dan f.is.
|
QOXUTMAQ (ID - 25720)1. t-li. Bir şeyi çox saxlayıb iyləndirmək, köhnəltmək, çürütmək.
t-siz. Qoxu vermək, iy yaymaq, üfunətlənmək. |
QOL1 (ID - 25721)is. 1. İnsan bədəninin, çiynin başından barmaqların ucuna qədər olan iki üzvündən hər biri. Sağ, sol qol. Qolunu qaldırmaq. - Izzət Əhmədin qolundan yapışıb gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın. C.Məmmədquluzadə....
|
QOL2 (ID - 25722)[ing.] idm. 1. köhn. Futbol, xokkey, su polosu və s. oyunlarda oyunçuların topu vurub keçirdikləri qapı, yaxud ayrılmış yer. Birdən oğlan qışqırır: “Dinamo” qol vuracaq! M.Rahim.
2. Bir komandanın, topu rəqibinin qapısından... |
QOLAC (ID - 25723)is. Qolları hər iki tərəfə açdıqda bir əlin barmaqları ucundan o biri əlin barmaqları ucuna qədər olan məsafə, ara (xalq arasında saylarla birlikdə uzunluq ölçüsü kimi işlənir). İpin uzunluğu beş qolacdır. Siyah zülfü dal...
|
QOLAC-QOLAC (ID - 25724)sif. Uzun-uzun. Qolacqolac saçlar.
|
QOLACLAMA (ID - 25725)“Qolaclamaq” dan f.is.
|
QOLACLAMAQ (ID - 25726)f. dan. 1. Qolacla ölçmək.
2. Qollarını qabağa uzatmaq. Alo kişi adamlara tərəfi qollarını qolaclayıb [dedi:] A balam, niyə məəttəlsiniz! S.Rəhimov. |
QOLACLANMA (ID - 25727)“Qolaclanmaq” dan f.is.
|
QOLACLANMAQ (ID - 25728)məch. dan. Qolacla ölçülmək.
|
QOLAY (ID - 25729)sif. 1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm. Sən bu canlara sataşmağı sanırsanmış qolay;...
|
QOLAYCA (ID - 25730)sif. 1. Çox asan, zəhmətsiz, çox yüngül. Qolayca iş. Bu işi qolayca (z.) görmək olar.
2. Uyğun, münasib, rahat. Qolayca bir yer tapıb oturdum. |
QOLAYLANMA (ID - 25731)“Qolaylanmaq” dan f.is.
|
QOLAYLANMAQ (ID - 25732)f. Birini vurmaq və ya bir şey atmaq üçün qolunu qaldırıb dala gərmək. Buğac .. ceyranı hərləyib xanın lap yaxınında əlini kəməndə atıb qolaylandı. M.Rzaquluzadə.
|
QOLAYLAŞDIRILMA (ID - 25733)“Qolaylaşdırılmaq” dan f.is.
|
QOLAYLAŞDIRILMAQ (ID - 25734)məch. Asanlaşdırılmaq, yüngülləşdirilmək.
|
QOLAYLAŞMA (ID - 25735)“Qolaylaşmaq” dan f.is.
|
QOLAYLAŞMAQ (ID - 25736)f. Asanlaşmaq, yüngülləşmək. İş get-gedə qolaylaşır.
|
QOLAYLIQ (ID - 25737)is. 1. Asanlıq, yüngüllük.
Uyğunluq, münasiblik. |
QOLAZLAMA (ID - 25738)“Qolazlamaq” dan f.is.
|
QOLAZLAMAQ (ID - 25739)f. Bir şeyi, qolunun gücü çatdığı qədər uzağa tullamaq, atmaq, tolazlamaq. Nainsafi.. elə həna göndərib ki, heç zada dəyməz, lap çölə qolazlamalıdır. N.Vəzirov.
|
QOLBAĞI (ID - 25740)bax qolbaq. Qızılgül əndamlı, lalə yanaqlı; Qolbağılar cumur qollara doğru. Aşıq Vəli.
|
QOLBAQ (ID - 25741)is. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd. Qızıl qolbaq. Gümüş qolbaq. - Oynadar, şaqqıldadar qızlar qızıl qolbaqların. M.Möcüz. Dövlətli qadın .. qollarına...
|
QOLBAQLI (ID - 25742)sif. Biləyində qolbaq olan, qoluna qolbaq keçirmiş. Qolbaqlı qız.
|
QOLBƏND (ID - 25743)is. Qolbaq. // Bazubənd. Qolbənd eləmək - cidarlamaq. Atı qolbənd eləyən Sarı İmaməli xaldar tulanın xaltasından bərk-bərk yapışmışdı. S.Rəhimov.
|
QOL-BOYUN (ID - 25744)zərfi Qucaqlaşaraq, qollarını bir-birinin boynuna salaraq. □ Qolboyun olmaq - qucaqlaşmaq. Dur, qolboyun olaq fürsət var ikən; Nə qəmə, qüssəyə batmaq çağıdır? Q.Zakir.
|
QOL-BUDAQ (ID - 25745)top. 1. Ağacın böyük və kiçik şaxələri. Hündür, dümdüz şam ağaclarının qol-budaqları üşüyürmüş kimi qar ləpələri altında titrəşirdi. M.İbrahimov. Qol-budaq atmaq - 1) şaxələnmək, ətrafa yayılmaq, genişlənmək. Hələ...
|
QOL-BUDAQLI (ID - 25746)sif. Böyük şaxələri, budaqları olan. İçimdə bir qəzəb baş qaldırır; qol-budaqlı ağacların bu mütiliyinə; qüvvət qarşısında bu acizliyin. R.Rza.
|
QOLÇAQ (ID - 25747)is. 1. İş zamanı qola taxılan, qalın parçadan, dəridən və sairədən hazırlanan xüsusi qol geyimi və ya sarğı. Dəmirçi qolçağı. Çörəkçi qolçağı.
2. Qədim zamanlarda müharibələrdə qola taxılan dəmir və ya poladdan xüsusi... |
QOLÇOMAQ (ID - 25748)is. 1. Yoxsulları, muzdurları istismar edən dövlətli kəndli. ..Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama salındı. B.Talıblı.
2. köhn. Yoxsulları, fağırları əzən, incidən,... |
QOLÇOMAQLIQ (ID - 25749)is. 1. top. Qolçomaqlar. Qolçomaqlığın bir sinif kimi ləğv edilməsi. Ellikcə kollektivləşmə qolçomaqlığın ləğv edilməsi demək idi.
2. Qolugüclülük, zorbazorluq; zülm, haqsızlıq. |
Bu səhifə dəfə baxılıb