
QOLBAQis. Qadınların biləklərinə taxdıqları qızıl, gümüş və s.-dən düzəldilmiş halqa bəzək; bilərzik, bazubənd. Qızıl qolbaq. Gümüş qolbaq. - Oynadar, şaqqıldadar qızlar qızıl qolbaqların. M.Möcüz. Dövlətli qadın .. qollarına qızıl qolbaqlarını keçirib, başına al rəngli Şirvan ipək çarşabını sal(dı). H.Sarabski.
Paylaşın - Hamı bilsin
|