
QOXUis. Maddələrin buruna təsir etmə xassəsi, burunla hiss olunan şey; iy. Tənbəki qoxusu. Çiçəklərin gözəl qoxusu. Pis qoxu. Tünd qoxu. Kəskin qoxu. - Səba saçın qoxusundan müəttər olmuşdur. Nəsimi. Meşədən həmişəki ürəkaçan, ətirli rayihə əvəzinə rütubətli çürüntü qoxusu gəlirdi. M.Rzaquluzadə. Surxay otaqdakı tünd qoxudan burnunun qıcıqlandığını hiss etdi. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|