QOLAYsif. 1. Asan, zəhmətsiz, yüngül. Mənim sənətim bildiyin qədər də qolay deyildir. A.Şaiq. Boz şinel isə soyuq keçməyən bir qalaydı; Bu geyimlə dağlarda gəzmək ona qolaydı. S.Rüstəm. Sən bu canlara sataşmağı sanırsanmış qolay; Oylə bir fikirdəsənsə, yanılırsan, hay, hay! Ə.Nəzmi.
Münasib, uyğun, rahat. Bu yer mənə qolay deyildir. Bikara, yüngül. Əfiruz bacı aldığı toyuqların seçməsini damazlıq üçün saxlayır, qolayını isə kəsdirirdi. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|