QOPARMA (ID - 25850)“Qoparmaq” dan f.is.
|
QOPARMAQ (ID - 25851)f. 1. Dartaraq və ya çəkərək bir şeyin bir hissəsini ayırmaq, kəsmək, üzmək, qırmaq. Bloknotdan bir vərəq qoparıb yazdım. Ağacın budağını qoparmaq. - [Buğaç] belindəki xəncəri qoparıb, qəbzəsi ilə onun gicgahına bir zərbə...
|
QOPARTDIRMAQ (ID - 25852)“Qopartmaq” dan icb.
|
QOPARTMA (ID - 25853)“Qopartmaq” dan f.is.
|
QOPARTMAQ (ID - 25854)bax qoparmaq. Köhnə suvağın üstünə təzə suvaq çəksən, köhnəni də divardan qopardıb özü də tökülər yerə. C.Məmmədquluzadə. [Usta Ağabala] cəld çərməyi tullayıb, döşlüyü döşündən qopartdı. Çəmənzəminli. Fərman...
|
QOPMA (ID - 25855)“Qopmaq” dan f.is.
|
QOPMAQ (ID - 25856)f. 1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. Paltarın düymələri qopdu. - Sanki onun ürəyi şaxta vurmuş qönçə kimi qopub düşəcəkdi. Mir Cəlal. // Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq,...
|
QOPUQ (ID - 25857)1. sif. Qopmuş, qırılmış, cırılmış, kəsilmiş, kəsik.
2. is. Bir şeyin qopmuş, qırılmış, cırılmış, zədələnmiş, yaxud sınıb düşmüş yeri. Çaynikin qopuğu. Ayaqqabının qopuğunu yamamaq. |
QOPUŞMAQ (ID - 25858)qarş. Hamı birdən yerindən sıçrayıb yüyürmək; cumuşmaq. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qopuşdular. A.Divanbəyoğlu.
|
QOPUZ (ID - 25859)is. Orta Asiya xalqlarında və qədim Azərbaycanda saza oxşar musiqi aləti. Ozanlar ozanı Dədə Qorqud gəldi, sədəfli qopuzunu sinəsinə basıb, igidə belə ad qoydu.. M.Rzaquluzadə.
|
QOR (ID - 25860)is. Ocaq və ya təndirdə odun yandıqdan sonra qalan xırda od parçaları, kül arasında işıldayan xırda kömür parçaları. Ocaqda köz yox, qor var. Qorun üstündə bişirmək. - Başımız üzərində bütün qüvvəti ilə hərarət saçmaqda...
|
QORA (ID - 25861)is. Üzümün dəyməmişi, kalı. Qora suyu. Qora dişi qamaşdırar. - Saxlaram qora səni; Kal səni, qora səni; Sən getdin, tez gələsən; Kim saldı tora səni. (Bayatı).
□ Gözünün qorasını tökmək (sıxmaq) bax göz. |
QORABA (ID - 25862)is. 1. Qora suyu.
Üzüm və müxtəlif meyvə şirəsindən hazırlanan riçal. məc. Göz yaşı. Gözündən tökülən qorabanı əlinin arxası ilə silərək qaşına və yanaqlarına yaydı. S.Rəhimov. |
QORABAŞI (ID - 25863)is. məh. Üzüm yetişib qurtardıqdan sonra, təzədən ikinci dəfə yetişməyə başlayan üzüm. Bu il qorabaşı olmadı.
|
QORABİŞİRƏN (ID - 25864)is. Üzüm dəyən vaxtı, yayın ən isti vaxtı. Avqust ayı bizim camaat arasında “qorabişirən ay” adı ilə məşhurdur. F.Köçərli. Əlbət, əlbət, elədir, hələ qorabişirən qabaqdadır! S.Rəhimov.
|
QORALEY (ID - 25865)is. zool. Bədəni göy, qarnı və sifəti ağ köçəri quş.
|
QORASUYU (ID - 25866)is. Abqora, kal üzümün turş şirəsi.
|
QORĞANMAQ (ID - 25867)f. məh. Bir şeyi çox qoruyub saxlamaq, gözdən qoymamaq, üstündə əsmək. Bəxti malını qorğanır, onun üstündə, doğrudan da, ilan kimi qabıq qoyurdu. S.Rəhimov.
|
QORXACAQ (ID - 25868)dan. b a x qorxaq.
|
QORXAQ (ID - 25869)sif. 1. Qorxu hissinə tez qapılan, ürəksiz, ağciyər, xoflu, cəsarətsiz. Qorxaq adam. Qorxaq xasiyyət. - Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. // İs. mənasında. Ana yurdu bu...
|
QORXAQCASINA (ID - 25870)zərf Qorxaq adamlar kimi, qorxaq adama xas olan bir şəkildə. Qorxaqcasına dala çəkilmək.
|
QORXAQLIQ (ID - 25871)is. Qorxağa xas olan hal; cəsarətsizlik, ürəksizlik, ağciyərlik. Çətinlik qarşısında qorxaqlıq göstərmək. Müharibədə qorxaqlıq cinayətə bərabərdir. Ehtiyat qorxaqlıq demək deyil. - Qıraqdan baxanlar müəllimin qorxaqlığına...
|
QORXMA (ID - 25872)“Qorxmaq” dan f.is.
|
QORXMAQ (ID - 25873)f. 1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. Itdən qorxmaq. [Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov....
|
QORXMAMAZLIQ (ID - 25874)bax qorxmazlıq. Lakin bu qorxmamazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. B.Talıblı.
|
QORXMAZ (ID - 25875)sif. Heç şeydən qorxmayan, çəkinməyən; ürəkli, qoçaq, cəsur, igid. Nəhayət, bəlli oldu ki, qorxmaz uşaq tüfəng ilə o tərəflərdə gəzişirmiş. A.Şaiq.
|
QORXMAZLIQ (ID - 25876) |
QORXU (ID - 25877)is. 1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Olüm qorxusu. Qorxudan əsmək. Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində...
|
QORXUBİLMƏZ (ID - 25878)sif. Heç şeydən qorxmayan, çəkinməyən; çox ürəkli. Qorxubilməz uşaq.
|
QORXUBİLMƏZLİK (ID - 25879)is. Heç bir şeydən qorxmamazlıq, ürəklilik.
|
QORXUDULMA (ID - 25880)“Qorxudulmaq” dan f.is.
|
QORXUDULMAQ (ID - 25881)“Qorxmaq” dan məch.
|
QORXU-HÜRKÜ (ID - 25882)is. bax qorxu 2-ci mənada.
|
QORXULU (ID - 25883)sif. 1. Qorxunc, qorxu hissi doğuran; qorxu gətirən, qorxudan, dəhşətli. Qorxulu nağıllar. Qorxulu yuxu.
Təhlükəli, xətərli, xatalı. Qorxulu yol. Qorxulu səfər. - Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və... |
QORXULUQ (ID - 25884)is. 1. Təhlükə, qorxulu vəziyyət.
2. Quşları, heyvanları qorxutmaq üçün bostan və tarlada qoyulan uyuq. Qorxuluq qoyulduqdan sonra, bir zaman bostanın yaxınlığına heç bir heyvan gəlmir. Cəbrayılbəyli. |
QORXUNC (ID - 25885)sif. 1. Dəhşət doğuran, qorxuya salan, vahiməyə salan, dəhşətli. Qorxunc səs. - Dərə qərbə getdikcə qayalıq, dağlıq iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi. A.Şaiq. [Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı...
|
QORXUSUZ (ID - 25886)sif. və zərf 1. Qorxusu olmayan, qorxu bilməyən, qorxmaz, heç şeydən ehtiyat etməyən, qorxmayan, çəkinməyən. Qorxusuz adam. Qorxusuz uşaq. - Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı....
|
QORXUSUZLUQ (ID - 25887)is. 1. Qorxu bilməmə, heç şeydən qorxmama, çəkinməmə; cəsarət. [Qız] məni özünün dalğınlığı, qorxusuzluğu ilə maraqlandırdı. S.Hüseyn.
Təhlükəsizlik, əmin-amanlıq, əmniyyət. |
QORXUŞMAQ (ID - 25888)f. Qorxmaq (çoxları), hamısı qorxmaq. Çinovniklərdən hər biri bu sözlərin hədyan və başdan-ayağa yalan olduğunu anlayıb, bu hədyanatı eşitdikcə dəxi də artıq qorxuşurlar. F.Köçərli.
|
QORXUTMA (ID - 25889)“Qorxutmaq” dan f.is.
|
QORXUTMAQ (ID - 25890)f. 1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf nişanə səni. “Koroğlu” . ..Kərbəlayı...
|
QORXUZMA (ID - 25891)“Qorxuzmaq” dan f.is.
|
QORXUZMAQ (ID - 25892)dan. b ax qorxutmaq. Ay çalağanlar, məni qorxuzmayın; Mən sizə tərk eyləmişəm lanəni! M.Ə.Sabir. Tənbəl anaları uşağı xortdandan qorxuzublar ki, səsini kəsib yatsın. C.Məmmədquluzadə. Bəlkə Həpir .. arvad-uşağı qorxuzmaq...
|
QORİLLA (ID - 25893)[xar.] Qərbi Afrika meşələrində yaşayan ən iri, insanabənzər meymun. Qorilla insanabənzər meymunların ən böyüyü olub, 180 sm və daha artıq hündürlüyə çatır. “Zoologiya” .
|
QORLAMA (ID - 25894)“Qorlamaq” dan f.is.
|
QORLAMAQ (ID - 25895)f. 1. Yanan odunu qor halına gətirmək, qora çevirmək.
2. Bişirilən bir şeyin üstünü qor ilə örtmək, qor ilə basdırmaq. |
QORLANDIRMAQ (ID - 25896)bax qorlamaq 1-ci mənada.
|
QORLANMA (ID - 25897)“Qorlanmaq” dan f.is.
|
QORLANMAQ (ID - 25898)1. t-siz. Qor halına gəlmək, qora çevrilmək, yanıb qor olmaq, qoru tökülərək alovsuz yanmaq. Odur, bax, meşənin içində hələ bir ocaq da qorlanır. S.Rəhimov.
məch. Qor ilə basdırılmaq, qor ilə örtülmək. t-siz. məc. Şikayətlənmək,... |
QORLAŞMA (ID - 25899)“Qorlaşmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb