QORXAQsif. 1. Qorxu hissinə tez qapılan, ürəksiz, ağciyər, xoflu, cəsarətsiz. Qorxaq adam. Qorxaq xasiyyət. - Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulması onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. // İs. mənasında. Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq. A.Şaiq. [Elxan:] Olüm qorxusundan balta altına baş qoymaq qorxaqların işidir. C.Cabbarlı.
məc. dan. Qısa, azca qısa və ya kiçik. Məşədi gedib, arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini, ki uzunluğu iki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|