QORXUTMAQf. 1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf nişanə səni. “Koroğlu” . ..Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə. // Təşvişə salmaq, canına qorxu salmaq.
Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq. - [Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə. Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq. Paylaşın - Hamı bilsin
|