QUŞQUNLAMAQ (ID - 26600)f. Atın quşqununu taxmaq; quşqun keçirmək (heyvana).
|
QUŞQUNLANMA (ID - 26601)“Quşqunlanmaq” dan f.is.
|
QUŞQUNLANMAQ (ID - 26602)məch. Quşqun keçirilmək, quşqunu taxılmaq. At quşqunlanmışdır.
|
QUŞQUNLATMA (ID - 26603)“Quşqunlatmaq” dan f.is.
|
QUŞQUNLATMAQ (ID - 26604)icb. Quşqun taxdırmaq. Atı quşqunlatmaq.
|
QUŞTƏRƏSİ (ID - 26605)is. bot. Kolların arasında və zibilliklərdə bitən bir bitki.
|
QUŞÜRƏK (ID - 26606)sif. və is. dan. Cəsarətsiz, ürəksiz, qorxaq.
|
QUŞÜZÜMÜ (ID - 26607)is. bot. Salxım şəklində bitən, qırmızı giləli kol bitkisi.
|
QUTAB (ID - 26608)is. İçərisinə döyülmüş ya ət, ya göyərti, ya qabaq və s. qoyularaq yağda qızardılan yarımdairə şəkilli xəmir bişmişi. Ət qutabı. Tərə qutabı. Qabaq qutabı. - Aşüplovdan oluruq kamyab; Yağlı fətirlər yeyirik, həm qutab....
|
QUTAN, QUTANQUŞU (ID - 26609)is. zool. Uzun və nazik boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli quş. Gərdəni ağ, boynu misali-qutan; Bir nəfəsə sərçəni yüz min tutan. S.Ə.Şirvani.
|
QUTLU (ID - 26610)sif. və zərf qəd. Uğurlu, səadətli, xoşbəxtlik gətirən. Başıma qutlu ayağın gəldi basdı ol nigar; Kölgəsi düşdü bana sərvixuramanın yenə. Nəsimi.
|
QUTTAPERÇA (ID - 26611)[ing. əsli mal.] Bəzi bitkilərin bərkləşmiş şirəsindən alınan dəriyə oxşar plastik kütlə. ..Adigərməşovun gövdə qabığında, kökündə və yarpaqlarında quttaperça maddəsi çoxdur. M.Qasımov.
|
QUTU (ID - 26612)is. İçinə şey qoymaq üçün taxtadan, kartondan, metaldan, plastmasdan və s.-dən qayrılan qab. Tütün qutusu. Konfet qutusu. Qəhvə qutusu. Kibrit qutusu.
□ Kəllə qutusu anat. - b ax kəllə. |
QUTUCUQ (ID - 26613)is. Balaca qutu.
|
QUTULU (ID - 26614)sif. Qutusu olan.
|
QUVARLANMA (ID - 26615)“Quvarlanmaq” dan f.is.
|
QUVARLANMAQ (ID - 26616)f. məh. Ürəklənmək, fərəhlənmək. Bəxtiyar tüfənglə vermədən ara: - Ya mən ölməliyəm, ya siz! - deyirdi; Cəlal quvarlanıb nəşə yeyirdi. S.Vurğun.
|
QUYLAMA (ID - 26617)“Quylamaq” dan f.is.
|
QUYLAMAQ (ID - 26618)f. 1. Bax quyulamaq. Öləni quylamışıq, öldürəni danlamışıq.. Ə.Nəzmi.
2. Qoymaq, soxmaq. Sona dizlərini ota quylamışdı. Mir Cəlal. |
QUYLANMA (ID - 26619)“Quylanmaq” dan f.is.
|
QUYLANMAQ (ID - 26620)f. Girmək, batmaq. Ey tirmə rəxti-xab içinə quylanan dadaş! Getsə vətən, vətənlə gedər istirahətin. M.Möcüz. Körpü elə tikilməli idi ki, maşınlar onun üzərindən keçərkən təkərlərin yarısı suya quylansın. Ə.Sadıq.
|
QUYMAQ (ID - 26621)is. Yağda bişirilərək bal və ya şəkərlə yeyilən xəmir xörəyi. Quymaq undan bişirilən qatı sıyıqdır. - Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Balaca nəvəsinin eşqi ilə çırpınan Sərvinaz arvad, quymaq...
|
QUYRUQ (ID - 26622)is. 1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu. - Bir həyətdə on iki-on üç yaşında bir .....
|
QUYRUQALTI (ID - 26623). is. İş heyvanlarının quyruqlarının altından keçirilən örkən və onun qalın dəridən və ya keçədən tikilmiş quyruq altından keçirilən orta hissəsi; paldüm.
2. sif. Quyruğun altında olan, quyruğun altında yerləşən. Xanı... |
QUYRUQBULAYAN (ID - 26624)sif. və is. dan. 1. Yaltaq.
2. İt. [Tarverdi axunda dedi:] Məhərrəmin on beşindən sonra bu kənddə bir quyruqbulayan tapa bilməzsən. Qantəmir. |
QUYRUQCUQ (ID - 26625)is. 1. Kiçik quyruq, qısa quyruq, incə quyruq.
2. Bir şeyin quyruğa oxşar ucu, kənarı, çıxan hissəsi. |
QUYRUQLAMA (ID - 26626)dan. “Quyruqlamaq” dan f.is.
|
QUYRUQLAMAQ (ID - 26627)f. 1. Quyruğundan tutmaq, quyruğundan yapışmaq. İti quyruqlamaq. Camışı quyruqlamaq. Noxtasını qırmış atı quyruqladılar.
2. məc. dan. Tutmaq, ələ keçirmək, yaxalamaq, tutub buraxmamaq. |
QUYRUQLANMA (ID - 26628)“Quyruqlanmaq” dan f.is.
|
QUYRUQLANMAQ (ID - 26629)məch. 1. Quyruğundan tutulmaq.
2. məc. dan. Tutulmaq, ələ keçirilmək, yaxalanmaq; girə düşmək. |
QUYRUQLU (ID - 26630)sif. 1. Quyruğu olan. Quyruqlu at. Quyruqlu qoç. Quyruqlu heyvanlar.
2. məc. Arxasında quyruq kimi sallanan hissəsi, parçası və s. olan. Quyruqlu paltar. □ Quyruqlu ulduz köhn. - b ax kometa. Deyirdilər ki, bu gün, yəni ayın 17-də... |
QUYRUQSUZ (ID - 26631)1. sif. Quyruğu olmayan, quyruğu kəsik; lümək. Quyruqsuz inək. Quyruqsuz tula. Quyruqsuz xoruz. Quyruqsuz kərtənkələ.
2. is. Cəm şəklində: quyruqsuzlar zool. böyüdükdə öz quyruğunu itirən suda-quruda yaşayan heyvanlar dəstəsi.... |
QUYU (ID - 26632)is. Su, neft, qaz çıxarmaq və s. məqsədlər üçün silindr şəklində qazılmış dərin və ya dayaz çuxur. Su quyusu. Neft quyusu. - Özgəyə quyu qazan özü düşər. (Ata. sözü). Tülkü gəzəndə yıxılıb nagahan; Bir quyuya düşmüş...
|
QUYUÇU (ID - 26633)is. Əl ilə quyu qazan adam; kankan.
|
QUYUQAZAN, QUYUQAZIYAN (ID - 26634)is. 1. Quyu qazımaq ilə məşğul olan adam; kankan. [Köhnə] Bakıda ümumiyyətlə peşəkarlar: bənna, xarrat, dəmirçi, quyuqazıyan .. və sairə çox olardı. H.Sarabski. // Sif. mənasında. Quyuqazan maşın.
2. məc. Başqasının ayağının... |
QUYULAMA (ID - 26635)“Quyulamaq” dan f.is.
|
QUYULAMAQ (ID - 26636) |
QUYULANMA (ID - 26637)“Quyulanmaq” dan f.is.
|
QUYULANMAQ (ID - 26638)məch. Basdırılmaq, torpaq altında gizlədilmək.
|
QUYULATMA (ID - 26639)“Quyulatmaq” dan f.is.
|
QUYULATMAQ (ID - 26640)icb. Quyulama işi gördürmək.
|
QUZAPAYI (ID - 26641)is. Pambıq yığıldıqdan sonra tarlada qalan pambıq bitkisi qalıqları. Qozalar yığıldıqdan sonra quzapayı çıxaran maşınlar tarlaya buraxılır.
|
QUZEY (ID - 26642)is. 1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ...
|
QUZĞUN (ID - 26643)is. 1. zool. Qarğa növündən iri və bərk şığıyan yırtıcı quş. Quzğun nəştər qaynaqlı, əyri dimdikli, leş didən bir quşdur. N.Vəzirov. Mən quşların adlarını bilməzdim. Çalağan ilə quzğuna fərq qoymazdım. Onları mənə...
|
QUZU (ID - 26644)is. 1. Qoyun balası. Quzu əti. Quzu dərisi. - Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.
2. məc. Çox yumşaq,... |
QUZUCUQ (ID - 26645)“Quzu” dan oxş. və kiç.
|
QUZUÇU (ID - 26646)is. k.t. Quzulara baxan, quzu otaran balaca çoban. Gənc quzuçu daha ayıq gözlə indi.. [quzuların] dövrəsində gəzir və Mayagilə tərəf baxırdı. M.İbrahimov. Atalar məsəlidir: “Naxırçı ilə quzuçunun haqqını kəsdin, gərək kənddən...
|
QUZUDİŞİ (ID - 26647)is. Uşaqlarda ilk çıxan və yeddi yaşlarında dəyişən diş.
|
QUZUQULAGI (ID - 26648)is. bot. Dadı turş və uzunsov yarpaqları olan, yeyilən tərəvəz bitkisi; turşəng. Yamacdan körpə yarpız, quzuqulağı yığıb döşlüklərinə toplayırdılar. Ə.Vəliyev.
|
QUZULAMA (ID - 26649)“Quzulamaq^’dan f.is.
|
Bu səhifə dəfə baxılıb