
QUZEYis. 1. Dağın, evin və s.-nin gün düşməyən, günəş görməyən yeri; həmişə kölgəli yer (güney ziddi). İgidlər könlünə şikvə gətirmək; Necə dağdır quzeyində qar olmaz. Qurbani. Əriyir yaz günü quzeydəki qar; Gəzir dağ döşünü gəlinlər, qızlar. S.Vurğun. Yay, qış qoynu qarlı olan quzey dərələrin sərinliyini hiss edir. O.Sarıvəlli.
2. Şimal mənasında. [Əhməd:] ..Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən.. N.Vəzirov. Paylaşın - Hamı bilsin
|