İzahlı lüğət

QUZU

is. 1. Qoyun balası. Quzu əti. Quzu dərisi. - Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. Şaiq. Çıxır dağ döşünə körpə quzular; Tarlanın səsini əks edir sular. S.Vurğun.
2. məc. Çox yumşaq, sakit, həlim adam haqqında. O, quzu kimi adamdır. □ Körpə quzu məc. - məsum, təcrübəsiz, ana uşağı. [Uruz] arabir at minib ox süzdürsə də, .. ananın nəzərində hələ körpə bir quzu idi. M.Rzaquluzadə. // “Quzum” şəklində - əzizləmə, oxşama; nəvazişlə, mehribanlıqla müraciət. Yavrum, quzum, bahari-həyatın nə cür olar? A.Səhhət. Ürəyi şad, könlü açıq; Körpə quzum, ağ günə çıx! S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed