
QUYRUQSUZ1. sif. Quyruğu olmayan, quyruğu kəsik; lümək. Quyruqsuz inək. Quyruqsuz tula. Quyruqsuz xoruz. Quyruqsuz kərtənkələ.
2. is. Cəm şəklində: quyruqsuzlar zool. böyüdükdə öz quyruğunu itirən suda-quruda yaşayan heyvanlar dəstəsi. Su və quru qurbağaları suda-quruda yaşayanların quyruqsuzlar qrupuna aiddirlər. “Zoologiya” . Paylaşın - Hamı bilsin
|