QOŞQU (ID - 25950)is. Arabaya və s.-yə qoşulan at və başqa heyvan. Minik atından da artıq qoşqu atını mən xeyli dost tutaram. C.Məmmədquluzadə. □ Qoşqu qüvvəsi (heyvanı) arabaya və s.-yə qoşulan at və s. heyvan. Nəqliyyat və kənd təsərrüfat...
|
QOŞQULANMA (ID - 25951)“Qoşqulanmaq” dan f.is.
|
QOŞQULANMAQ (ID - 25952)f. Qorxub hürkmək, narahat olmaq, təşvişə düşmək, qorxudan titrəmək. Köpək də dərənin dibindən keçən dəvə karvanın zəng səslərini dinləyə-dinləyə qoşqulanır. M.S.Ordubadi.
|
QOŞMA1 (ID - 25953)1. “Qoşmaq” dan f.is.
sif. Qoşulan, özü hərəkət edə bilməyən. Qoşma inventar. Qoşma vərdənələri traktor yedəkləyir. sif. Bir-birinə qoşulan, bağlanan, birləşdirilən. |
QOŞMA2 (ID - 25954)is. qram. Müstəqil mənası olmayıb, nitq hissələrindən sonra gəlib müxtəlif münasibət bildirən köməkçi söz; məs.: görə, ötrü, başqa.
QOŞMA3 is. ədəb. Hər bəndi dörd misradan ibarət lirik şeir forması. Vaqifin qoşmaları.... |
QOŞMAQ1 (ID - 25955)f. 1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarmı xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. - [Faytonçu:]...
|
QOŞMAQ2 (ID - 25956)f. Getmək, bir tərəfə üz tutmaq, yüyürüb getmək. Vaxta ki bu izdihamı gördüm; Mən də o yerə qoşub yüyürdüm. M.Ə.Sabir. Kənd uşaqları əllərində badya, mis kasa dərəyə doğru qoşurdular. A.Şaiq. Azacıq keçmədən cəsur...
|
QOŞULAN (ID - 25957)f.sif. Özü hərəkət edə bilməyən, başqası ilə birləşdirilən; motorsuz. Qoşulan tramvay vaqonu (motorlu vaqona qoşulan motorsuz vaqon).
|
QOŞULMA (ID - 25958)"Qoşulmaq” dan f.is.
|
QOŞULMAQ (ID - 25959)f. 1. “Qoşmaq” dan məch. Atlar arabaya qoşulmuşdur. Fayton qoşulmuşdur. Vaqonlar parovoza qoşuldu.
t-siz. Birləşmək, qarışmaq, daxil olmaq, bir işin iştirakçısı olmaq. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən... |
QOŞUN (ID - 25960)is. Bir dövlətin nizami hərbi qüvvələri və ya onların bir hissəsi. Piyada qoşun. Nizami qoşun. Qarışqanın sayı var idi, qoşunun sayı yox idi. - Qalanın hər yanını qoşunlar bürümüşdü. M.Hüseyn. [Quldurbaşı] möhkəm tapşırdı...
|
QOŞUNKEŞDİ (ID - 25961)is. Dava, döyüş, vuruş. [Arvad:] Vay, vay, vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır .. qoşunkeşdidən, davadan gəlirsən nədir? H.Sarabski.
|
QOŞUNKEŞLİK (ID - 25962)is. köhn. Qoşun toplama, səfərbərlik, bir ölkəyə qarşı müharibəyə hazırlaşma; hərbi səfər, hərbi yürüş. [Fəxrəddin bəy:] Qoşunkeşlikdə elə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. N.Vəzirov. [Vaqif:] Bu qədər...
|
QOŞUŞMA (ID - 25963)“Qoşuşmaq” dan f.is.
|
QOŞUŞMAQ (ID - 25964)qarş. Bir yerdə, hamı birdən qoşmaq, getmək, yönəlmək, yüyürüşmək.
|
QOTAZ (ID - 25965)is. Üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək. Mirzə Süleyman bəy qırmızı fəsi qaşlarının üstə çəkib, qotazını qabaqdan sallayıb, .. sağ əlində ağacını fırlada-fırlada gəlir. B.Talıblı....
|
QOTAZLAMA (ID - 25966)“Qotazlamaq” dan f.is.
|
QOTAZLAMAQ (ID - 25967)f. Qotaz kimi etmək, qotaz tərzində toxumaq, qotaz kimi yumrulatmaq, qotaz bağlamaq.
|
QOTAZLANMA (ID - 25968)“Qotazlanmaq” dan f.is.
|
QOTAZLANMAQ (ID - 25969)məch. Qotaz bağlanmaq, qotazla bəzədilmək.
|
QOTAZLANMIŞ (ID - 25970)f.sif. Qotaz kimi olmuş; açmış. Yaşıl kolların üstündə qotazlanmış ağ pambıqlar gendən adamı çağırırdı.
|
QOTAZLAŞMAQ (ID - 25971)f. Qotaz kimi olmaq, qotaz halına gəlmək; açmaq.
|
QOTAZLI (ID - 25972)sif. Qotazı olan, qotaz bağlanmış, qotazla bəzənmiş. Qotazlı pərdə. Qotazlı bayraq. Qotazlı qaytan. - [Məşədi Məmməd] əlində başı qotazlı təsbehini çevirərək baqqal Əbdülhəsənin dükanına gəldi. B.Talıblı. Xanım qara,...
|
QOTAZLIQ (ID - 25973)is. Qotaz üçün yarar.
|
QOTİK (ID - 25974)sif. [xüs. is.-dən] Qotikaya aid olan; qotikaya xas olan, qotika üslubunda olan. Qotik üslub. Qotik ornament. □ Qotik hürufat, qotik hərflər, qotik yazı - xətləri sınıq, tin-tin şəkildə olan hərflər, yazılar (Almaniya və bəzi başqa...
|
QOTİKA (ID - 25975)[xüs. is. -dən] Qərbi Avropanın orta əsr memarlığında: çatma tağ və qübbələri, çoxlu daş oymaları və bəzəkləri, həmçinin yuxarı qalxdıqca incələşən arxitektura formaları ilə fərqlənən memarlıq üslubu. Beşbarmaq dağının...
|
QOTLAR (ID - 25976)cəm tar. Qədim alman tayfalarından biri. III əsrdə Qara dəniz sahillərinin cənub çöllərindəki tayfalar yenidən birləşdilər, bu tayfalar “qotlar” adı ilə məşhur idilər.
|
QOTMAN (ID - 25977)is. Tayaya vurulmaq üçün koma şəklində yığılmış ot. Biçilmiş otlar qotmanlara vuruldu. Otu tirələrdə kiçik qotmanlarda qurutmaq daha yaxşıdır. - Sonra yumşaq otların, qotmanların üstündə atılıb-düşməyə, bağırışmağa...
|
QOTMANLAMA (ID - 25978)“Qotmanlamaq” dan f.is.
|
QOTMANLAMAQ (ID - 25979)f. Qotman şəklində yığmaq, qotman vurmaq. Otu qotmanlamaq.
|
QOTMANLANMA (ID - 25980)“Qotmanlanmaq” dan f.is.
|
QOTMANLANMAQ (ID - 25981)məch. Qotman şəklində yığılmaq, qotman vurulmaq.
|
QOTMANVURAN (ID - 25982)sif. k.t. Qotman halında yığan, komalayan. Qotmanvuran maşınlar.
|
QOTUR (ID - 25983)1. is. Heyvanlarda və bəzən insanlarda yoluxucu dəri xəstəliyi (bu xəstəlikdə dəridə xırda səpmə əmələ gəlir və çox şiddətli qaşınma olur).
2. sif. Qotur xəstəliyinə tutulmuş; qoturlu, qoturu olan. Qotur keçi. Qotur it.... |
QOTURLAMA (ID - 25984)“Qoturlamaq” dan f.is.
|
QOTURLAMAQ (ID - 25985)f. 1. Qotur olmaq, qotur xəstəliyinə tutulmaq.
2. məc. dan. Əldən düşmək, düşkünləşmək, acınacaqlı bir hala düşmək; pisləşmək, xarablaşmaq. |
QOTURLANMA (ID - 25986)“Qoturlanmaq” dan f.is.
|
QOTURLANMAQ (ID - 25987)bax qoturlamaq.
|
QOTURLAŞMA (ID - 25988)“Qoturlaşmaq” dan f.is.
|
QOTURLAŞMAQ (ID - 25989)b a x qoturlamaq.
|
QOTURLUQ (ID - 25990)is. 1. B a x qotur 1-ci mənada. Heyvanlarda qoturluqla mübarizə.
2. Qotur olma, qotur düşmə; qotur düşmüş heyvanın (adamın) halı. |
QOV (ID - 25991)is. Bəzi ağaclarda ur kimi çıxan və xüsusi üsulla qurudulub hazırlandıqdan sonra, polad parçasının çaxmaq daşına çaxılmasından hasil olan qığılcımdan alışan pambığaoxşar yumşaq maddə. Qasım kişi çaxmağı daşa vurub qovu...
|
QOVAQ1 (ID - 25992)is. bot. Söyüd fəsiləsindən müxtəlif növləri olan qollu-budaqlı ağac. Kürün o tayında, hündür qovaqların seyrəlib yulğunluğun başladığı yerdə beş-altı qaraltı görünürdü. İ.Şıxlı.
|
QOVAQ2 (ID - 25993)is. Heyvan tüklərinin arasında olan kəpək, qabıq.
|
QOVAQLIQ (ID - 25994)is. Çoxlu qovaq bitən yer, qovaq meşəsi.
|
QOVALAMAQ (ID - 25995)bax qovmaq. Bəzən çayda daşlar daşı qovalar; Seldə gedər göy çəmənlər, ovalar. R.Rza. Tazılar dovşanları qovalayır, nökərlər hay-küylə at çapırdılar. M.Rzaquluzadə. Məcid ilə Zeynəb məsələsinə gəldikdə [Nadirin] ürəyi...
|
QOVALANMAQ (ID - 25996)“Qovalamaq” dan məch. bax qovulmaq.
|
QOVAN (ID - 25997)is. Arı yuvası, arı pətəyi. Ümumi bir səs klubun həyətini də basmışdı. Arı qovanından çıxan kimi bir səs ucalırdı. Mir Cəlal.
|
QOVARLANMAQ (ID - 25998)f. Öyünmək, kibr satmaq, qürrələnmək. Ya mən ölməliyəm, ya siz, deyirdi; Cəlal qovarlanıb nəşə yeyirdi. S.Vurğun.
|
QOVDURMA (ID - 25999)“Qovdurmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb