QOŞMAQ1f. 1. Arabanı və s.-ni çəkib aparmaq üçün atı və başqa qoşqu heyvanlarmı xüsusi surətdə arabaya və s.-yə bağlamaq. Öküzləri kotana qoşmaq. Arabaya dörd at qoşdular. Şimalda kirşəyə it və ya maral qoşurlar. - [Faytonçu:] Sənin xatirin üçün qırx yeddi manata qoşaram. Ə.Haqverdiyev. Payızın əvvəlindən Nurəddin arabasını qoşub, şəhərə kirayəçiliyə getdi. S.S.Axundov.
İlişdirmək, bənd etmək, bağlamaq. Qatara əlavə vaqon qoşmaq. Vaqonları parovoza qoşmaq. Kotanı traktora qoşmaq. Birləşdirmək, qatmaq. Mən də qoşdum səsimi; Bu gəncliyin səsinə. Ə.Cavad. Cəlb etmək, bir işin iştirakçısı etmək. Siz varlı kolxozları bu işə qoşun! Qoyun kəndimiz şəhərə çatsın! S.Rəhimov. Birgə, bərabər göndərmək, yanınca göndərmək, yoldaş etmək. O, Süleyman adlı bir nəfəri bizə qoşdu. M.S.Ordubadi. [Səfi bəy:] Buyurun gedək, adam qoşum, sizi xalanızgilə aparsınlar. S.S.Axundov. Bakıda Firidunu növbəti çağırışçılara qoşub Tbilisiyə göndərdilər. Mir Cəlal. Düzəltmək, təlif etmək, demək. Mahnı qoşmaq. Dastan qoşmaq. - [Hacı Rəsul:] Deyəsən bu sözləri lap mənə qoşublar. Vallah, mənim halıma qoşublar: hara qədəm basdım, xəzan oldu. Mir Cəlal. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. Paylaşın - Hamı bilsin
|