.....i_l_by_id_with_comments
QOTAZis. Üst tərəfi bir yerə qısılıb bağlanmış saplardan ibarət saçaqlı bəzək. Mirzə Süleyman bəy qırmızı fəsi qaşlarının üstə çəkib, qotazını qabaqdan sallayıb, .. sağ əlində ağacını fırlada-fırlada gəlir. B.Talıblı. Adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. M.İbrahimov. // Bu şəkildə olan şey. Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqət başıaşağı, bir oğlandı, .. birçəklərini qotaz daramazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|