
QOŞUNKEŞLİKis. köhn. Qoşun toplama, səfərbərlik, bir ölkəyə qarşı müharibəyə hazırlaşma; hərbi səfər, hərbi yürüş. [Fəxrəddin bəy:] Qoşunkeşlikdə elə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. N.Vəzirov. [Vaqif:] Bu qədər qoşunkeşlik həm xanın xəzinəsinə ziyandır, həm də el və obaya. Çəmənzəminli. □ Qoşunkeşlik eləmək (etmək) - qoşun çəkib dava eləmək; ümumiyyətlə dava eləmək, dava axtarmaq, vuruşmaq istəmək. Mir Cümə irəliləyərək Əli dayıya dedi: - Balam, sən ki qoşunkeşlik eləyirsən. P.Makulu.
Paylaşın - Hamı bilsin
|