QƏLƏMQABI (ID - 24550)is. Qələm qoymaq üçün qab; qələmdan. Bu stolun üstündə cürbəcür qələm, qələmqabı, mürəkkəbqabı, mərmər suçəkən, zəng və bu kimi şeylər vardı. Ə.Əbülhəsən.
|
QƏLƏMQAŞ(LI) (ID - 24551)sif. Qaşları sanki qələmlə çəkilmiş, nazik, gözəl qara qaşlı. Qələmqaşlı, xumargözlü bu dilbər; Dinməsə də, ürəyində sözü var. S.Vurğun. Yetişdi sipahi-qızılbaş, xanım! Halal et məni, ey qələmqaş xanım! M.Möcüz....
|
QƏLƏMLƏMƏ (ID - 24552)“Qələmləmək” dən f.is.
|
QƏLƏMLƏMƏK (ID - 24553)f. 1. k.t. Qələm eləmək, peyvənd etmək (ağacı), cins və yaxşı meyvə verən ağacdan calaq vurmaq.
2. Ağacın qurumuş qol-budağını kəsmək. |
QƏLƏMLƏNMƏK (ID - 24554)məch. k.t. Qələm edilmək, peyvənd edilmək. Bu ağacların hamısı qələmlənmişdir.
|
QƏLƏMLƏNMİŞ (ID - 24555)f.sif. 1. k.t. Peyvənd edilmiş, qələm edilmiş (ağac). Qol-budağı vurulmuş (ağac).
|
QƏLƏMLƏTMƏ (ID - 24556)“Qələmlətmək” dən f.is.
|
QƏLƏMLƏTMƏK (ID - 24557)icb. k.t. Qələm etdirmək, peyvənd etdirmək.
|
QƏLƏMLİK (ID - 24558)is. Cavan ağaclar əkilmiş yer, qələm basdırılmış yer; fidanlıq.
|
QƏLƏMTƏRAŞ (ID - 24559)is. [ər. qələm və fars. ...təraş] Qələm çərtmək üçün bıçaq və s.
|
QƏLƏMUCU (ID - 24560)1. is. Qələmin yazan uc hissəsi; pero.
zərf dan. Tez, tələsik, müxtəsər. |
QƏLƏNDƏR (ID - 24561)is. [fars.] Şərqdə: dünyadan əl çəkib, sərsəri həyat keçirən dərviş; dünyanın zövq və nemətlərinə inanmayaraq, həqiqət axtaran filosof. Həm bəd qələndər surətəm, fərdəm, mücərrəd təcridəm; Gərçi fəqirəm, həm gəda,...
|
QƏLƏNDƏRANƏ (ID - 24562)sif. və zərf [fars.] Qələndər kimi, qələndərcəsinə. Qələndəranə həyat.
|
QƏLƏNDƏRLİK (ID - 24563)is. Qələndər həyatı, sərsərilik. Qələndərlik etmək.
|
QƏLƏT (ID - 24564)is. [ər.] Səhv, yanlış, xata, yanılma. Qələt söyləmək. Qələt yazmaq. - A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qaçaqlığı lap qələt anlayırsan. M.F.Axundzadə. Xub, günahımızdan keç, bir qələtdi elədik, bundan sonra...
|
QƏLƏTSİZ (ID - 24565)sif. və zərf Düzgün, səhvsiz. Qələtsiz yazı. Qələtsiz yazmaq. Qələtsiz tələffüz etmək.
|
QƏLƏVİ (ID - 24566) |
QƏLƏVİLƏŞDİRİLMƏ (ID - 24567)“Qələviləşdirilmək” dən f.is.
|
QƏLƏVİLƏŞDİRİLMƏK (ID - 24568)məch. kim. Qələvi halına salınmaq, qələvi hopdurulmaq, qələvi əlavə edilmək.
|
QƏLƏVİLƏŞDİRMƏ (ID - 24569)kim. “Qələviləşdirmək” dən f.is.
|
QƏLƏVİLƏŞDİRMƏK (ID - 24570)f. kim. Qələvi halına salmaq, qələvi hopdurmaq, qələvi əlavə etmək.
|
QƏLƏVİLİ (ID - 24571)sif. kim. Tərkibində qələvi olan.
|
QƏLƏVİLİK (ID - 24572)is. kim. Bir maddənin qələvi ilə doyma dərəcəsi.
|
QƏLƏYAN (ID - 24573)is. [ər.] Coşma, qaynama, həyəcan; cuşa gəlmə. □ Qələyan etmək, qələyana gəlmək - coşmaq, qaynamaq, cuşa gəlmək, həyəcana gəlmək. Müəllimin hissiyyatı birdən qələyana gəldi. S.Hüseyn.
|
QƏLİB (ID - 24574)is. 1. Bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə keçirilən alət; ülgü. Papaq qəlibi. Çəkmə qəlibi. Qəlibə çəkmək (salmaq, vurmaq).
Tökmə vasitəsilə müəyyən formalı şeylər hazırlamaq üçün içərisi... |
QƏLİBÇİ (ID - 24575)is. 1. Qəlibdə işləyən işçi (b ax qəlib 2 -ci mənada).
2. Qəlib qayıran usta. |
QƏLİBLƏMƏ (ID - 24576)“Qəlibləmək” dən f.is.
|
QƏLİBLƏMƏK (ID - 24577)f. Qəlibə keçirmək, qəlibə salmaq, qəlibə vurmaq.
|
QƏLİBLƏNMƏ (ID - 24578)“Qəliblənmək” dən f.is.
|
QƏLİBLƏNMƏK (ID - 24579)məch. Qəlibə keçirilmək, qəlibə salınmaq, qəlibə vurulmaq.
|
QƏLİBLƏTMƏ (ID - 24580)“Qəliblətmək” dən f.is.
|
QƏLİBLƏTMƏK (ID - 24581)icb. Qəlibə çəkdirmək, qəlibə saldırmaq, qəlibə vurdurmaq.
|
QƏLİBLİ (ID - 24582)sif. Qəlibə vurulmuş, qəlibə çəkilmiş, qəlibə keçirilmiş.
|
QƏLİZ (ID - 24583)sif. [ər.] 1. Qatı; duru olmayan. Qəliz mürəkkəb. - Siz arxayın olun, ağa, mən özüm bu qəliz xörəklərdən seçib bir yaxşı nahar hazır edərəm. N.Vəzirov. Dərya suyunun duzu və özü də ağır olduğuna [görə] qəliz olur. H.Zərdabi.
Anlaşılması... |
QƏLİZLƏNMƏ (ID - 24584)"Qəlizlənmək” dən f.is.
|
QƏLİZLƏNMƏK (ID - 24585)b a x qəlizləşmək.
|
QƏLİZLƏŞDİRİLMƏ (ID - 24586)"Qəlizləşdirilmək” dən f.is.
|
QƏLİZLƏŞDİRİLMƏK (ID - 24587)məch. Qəliz hala salınmaq, qəliz edilmək.
|
QƏLİZLƏŞDİRMƏ (ID - 24588)"Qəlizləşdirmək” dən f.is.
|
QƏLİZLƏŞDİRMƏK (ID - 24589)f. Qəliz hala salmaq.
|
QƏLİZLƏŞMƏ (ID - 24590)"Qəlizləşmək” dən f.is.
|
QƏLİZLƏŞMƏK (ID - 24591)f. Qəliz hala düşmək. Palçıq qalıb qəlizləşdi.
|
QƏLİZLİK (ID - 24592) |
QƏLLAŞ (ID - 24593)is. [fars.] klas. Sərsəri, dərbədər, xərəbati; ömrünü meyxanalarda keçirən adam, kefcil. Rindü qəllaşəm, məqamım guşeyi-meyxanədir. Nəsimi. Eşqə dil verdin deyib cövr etmə, ey zahid, mənə; Can verər məşuqə daim aşiqi-qəllaşlər....
|
QƏLLƏ (ID - 24594)is. [ər.] köhn. Taxıl, məhsul, arpabuğda.
|
QƏLP (ID - 24595)sif. 1. Saxta, yalançı, yapma, qayırma. Qəlp pul. - Gümüşüm tunc oldu, zərü zibam bez; Qəlp çıxır aldığım mal, qoca bəxtim! Aşıq Ələsgər.
Paxıl, qeyri-səmimi, riyakar, yaramaz, pis. Qəlp adam. - Bu sözləri mən ondan ötrü... |
QƏLPƏ (ID - 24596)is. Bərk bir şeyin qopub parçalanmış hissəsi, parçası. Daş qəlpəsi. Mərmi qəlpəsi. - ..Bir mina qəlpəsi də [Kamalın] bel sümüyünə ilişib qaldı. M.İbrahimov.
[Zülfüqar kişi] əyilib lap çuxurun yanından mişar kimi dişli... |
QƏLPƏLƏMƏ (ID - 24597)“Qəlpələmək” dən f.is.
|
QƏLPƏLƏMƏK (ID - 24598)f. Bir şeyin kiçik parçasını qoparmaq, qəlpə-qəlpə etmək. Daşı çəkiclə vurub qəlpələdi. // Bir şeyə ilişdirib cırmaq, kiçicik parçasını qoparmaq. Paltarını kola ilişdirib qəlpələdi.
|
QƏLPƏLƏNDİRİLMƏ (ID - 24599)“Qəlpələndirilmək” dən f.is.
|
Bu səhifə dəfə baxılıb