
QƏLLAŞis. [fars.] klas. Sərsəri, dərbədər, xərəbati; ömrünü meyxanalarda keçirən adam, kefcil. Rindü qəllaşəm, məqamım guşeyi-meyxanədir. Nəsimi. Eşqə dil verdin deyib cövr etmə, ey zahid, mənə; Can verər məşuqə daim aşiqi-qəllaşlər. Xətayi. // Sif. mənasında. Bir belə gözələ qurban olmağa; Vaqif kimi qəllaş kimsə gərəkdir. M.P.Vaqif.
Paylaşın - Hamı bilsin
|