
QƏLPƏis. Bərk bir şeyin qopub parçalanmış hissəsi, parçası. Daş qəlpəsi. Mərmi qəlpəsi. - ..Bir mina qəlpəsi də [Kamalın] bel sümüyünə ilişib qaldı. M.İbrahimov.
[Zülfüqar kişi] əyilib lap çuxurun yanından mişar kimi dişli uzunsov iri bir qəlpə götürdü. Ə.Əbülhəsən. qəlpə-qəlpə zərf Tikə-tikə, parça-parça. Həqiqəti əsrlərin qanlı pəncəsindən; Qəlpəqəlpə qoparan; Bir xalqın hekayəti var. R.Rza. Birdən cəhrə sınıb qəlpə-qəlpə olmuşdu. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|