
QƏLPsif. 1. Saxta, yalançı, yapma, qayırma. Qəlp pul. - Gümüşüm tunc oldu, zərü zibam bez; Qəlp çıxır aldığım mal, qoca bəxtim! Aşıq Ələsgər.
Paxıl, qeyri-səmimi, riyakar, yaramaz, pis. Qəlp adam. - Bu sözləri mən ondan ötrü ərz edirəm ki, dünyada qəlp adam çoxalıbdır. C.Məmmədquluzadə. Tənbəl, canını işə verməyən. Bu öküz çox qəlp öküzdür, heç işləmək istəmir. Paylaşın - Hamı bilsin
|