QIRÇINMAQ (ID - 25100)f. məh. İncimək, dözməmək, sınmaq. [Şeyxsəlim] varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə deyəsən, incimir və qırçınmırdı. M.S.Ordubadi.
|
QIRÇ, QIRÇ-QIRÇ (ID - 25101)təql. Dişlərin bir-birinə sürtülməsindən çıxan səs.
|
QIRDIRILMAQ (ID - 25102)“Qırdırmaq” dan məch.
|
QIRDIRMA (ID - 25103)“Qırdırmaq” dan f.is.
|
QIRDIRMAQ (ID - 25104)icb. 1. Qırmağa, sındırmağa, kəsməyə məcbur etmək. Molla Güləndam bacı da düşmənin pəncərəsini mütəəllimələrə qırdırıb və həyətinə qayıtdı. Çəmənzəminli. Qaraca çoban qəsdən buranı seçmişdi. Hələ gecə ikən...
|
QIRĞI (ID - 25105)is. zool. Balaca quşları ovlayan iti və uzun caynaqlı, qısa qarmaq dimdikli yırtıcı quş. Qırğı yuvası. - Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Bir azdan sonra qırğı göründü. Çil...
|
QIRĞIBURUN(LU) (ID - 25106)sif. Burnunun ortası çıxıq, ucu isə getdikcə nazikləşərək aşağı əyilmiş.
|
QIRĞIN (ID - 25107)is. 1. Heyvanların, mal-qaranın, ev quşlarının kütləvi surətdə qırılıb tələf olmasına səbəb olan yoluxucu xəstəlik. Heyvanlara qırğın düşmək.
Böyük insan tələfatı; bu cür tələfata səbəb olan qanlı vuruşma, müharibə;... |
QIRĞIOTU (ID - 25108)is. məh. bot. Dağlarda, çəmənlərdə, kolluqlarda bitən çoxillik ot bitki.
|
QIRĞIZ (ID - 25109)is. Qırğızıstanın əsas əhalisini təşkil edən türkdilli xalq və bu xalqa mənsub adam.
|
QIRĞIZCA (ID - 25110)sif. və zərf Qırğız dilində. Qırğızca dərs kitabı. Qırğızca danışmaq.
|
QIRHAQIR (ID - 25111)is. Kütləvi surətdə qırma, öldürmə, məhv etmə; qırğın. Səmada, torpaqda düşür qırhaqır; Yerdən alov yağır, göydən od yağır. M.Rahim.
|
QIRX (ID - 25112)say. 1. Otuz doqquzdan sonra gələn say, 40 ilə işarə olunan rəqəmin adı. Qırx manat. Qırx ədəd. - Qırxında öyrənən gorunda çalar. (Ata. sözü).
2. Bir şəxsin ölümünün qırxıncı günü. Qırx bağla(t)maq - xalq adətincə... |
QIRXAYAQ (ID - 25113)is. zool. 1. Çoxayaqlılar fəsiləsindən uzunsov çoxayaqcıqlı bir cücü.
2. dan. Xərçəng. Bu çinovniklər qorxuram ki, sabah gəlib bunu desinlər ki, sabah badımcan dolması əvəzinə qırxayaq (xərçəng) şorbası içəsiniz. Onda... |
QIRXBAYIR (ID - 25114)is. Gövşəyən heyvanlarda üçüncü və ehtiyat mədəsi.
|
QIRXBUĞUM (ID - 25115)is. bot. Əsasən dağlıq yerlərdə bitən, xörəyə qatılan ətirli bir bitki. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumdan qıraraq ağızlarına qoyur və çeynəyirdilər. Ə.Vəliyev.
|
QIRXÇƏLLƏK (ID - 25116)is. Quyudan su çəkmək üçün hərəkət edən lentə, ya zəncirə bənd edilmiş çanaqlardan ibarət alət.
|
QIRXDAMAR (ID - 25117)sif. dan. 1. Canı bərk, davamlı, dözümlü (adam haqqında).
2. Qatları, damarları çox olan (torpaq haqqında). |
QIRXDIRILMA (ID - 25118)"Qırxdırılmaq” dan f.is.
|
QIRXDIRILMAQ (ID - 25119)icb. Başında, üzündə, yaxud bədənində olan tüklər ülgüc və ya qayçı ilə dibindən kəsdirilmək. Qoyunlar qırxdırılmışdır.
|
QIRXDIRMA (ID - 25120)“Qırxdırmaq” dan f.is.
|
QIRXDIRMAQ (ID - 25121)icb. Başında, üzündə, yaxud heyvanın bədənində olan tükləri dibindən kəsdirmək. Başını qırxdırmaq. Saqqalını qırxdırmaq. Qoyunları qırxdırmaq.
[Nadir] bu nədir saçını qırxdırmısan? deyə acıqlı-acıqlı sordu və... |
QIRXDİLLİ (ID - 25122)sif. dan. Hamıya söz verən, hamını aldadan; riyakar, ikiüzlü. Qırxdilli adam.
|
QIRXDON (ID - 25123)is. məh. bot. Gövdəsi soğan kimi qat-qat olan, qırmızı gül açan, yeyilən bir bitki.
|
QIRXIQ (ID - 25124)sif. Qırxılmış. Qırxıq üz. Qırxıq baş. - Yuxarıdan düşən, işıq .. [miyandarın] qırxıq başını işıldadırdı. Çəmənzəminli. [Dəllək:] Qoy bu topuşu bir üç yaşar quyruğu qırxıq dayçaya döndərim, sonra Ələmdar qardaşın...
|
QIRXILI (ID - 25125)sif. Qırxılmış.
|
QIRXILIQ (ID - 25126)1. sif. Qırxılmağa yararlı, qırxılmalı olan, qırxılmaq üçün ayrılmış, qırxılmaq vaxtı çatmış. Qırxılıq qoyun. Qırxılıq keçi.
2. Bax qırxlıq2. |
QIRXILMA (ID - 25127)“Qırxılmaq” dan f.is.
|
QIRXILMAQ (ID - 25128) |
QIRXILMIŞ (ID - 25129)f.sif. Tükü ülgüc və ya qayçı ilə dibindən kəsilmiş; qayçılanmış, qırxılı. Qırxılmış baş. Qırxılmış qoyun. - Qışda şiddətli soyuq təsirindən qırxılmış başlar donub nə ölü olurlar, nə diri. C.Məmmədquluzadə....
|
QIRXIM (ID - 25130)is. 1. Bir dəfədə qırxılan yun.
2. Qoyunların qırxılması mövsümü, qoyunlar qırxılan vaxt, qoyunların qırxılması işi. |
QIRXIN (ID - 25131)bax qırxım.
|
QIRXINCI1 (ID - 25132)is. Qoyun qırxan adam.
|
QIRXINCI2 (ID - 25133)“Qırx” dan sıra sayı. Qırxıncı nömrə. Qırxıncı illər. Qırxıncı gün. Qırxıncı il.
|
QIRXINTI (ID - 25134)is. Bir şeyin kənarlarından, ya uclarından kəsilib atılan qırıntılar.
|
QIRXLIQ1 (ID - 25135)sif. Qırx rəqəmi ilə əlaqədar olan ölçü; məs.: qırxlıq qazan, kisə və s. (qırx girvənkə, ya qırx kilo tutan qazan, kisə və s.); qırxlıq çəllək (qırx vedrə su və ya başqa maye tutan çəllək); qırxlıq dirək (qırx arşın,...
|
QIRXLIQ2 (ID - 25136)is. Qoyunları qırxmaq üçün xüsusi qayçı.
|
QIRXMA (ID - 25137)“Qırxmaq” dan f.is.
|
QIRXMAQ (ID - 25138)f. 1. Üzündəki, başındakı və ya bədəninin başqa yerlərindəki tükləri ülgüc və ya qayçı ilə dibindən kəsmək. Üzünü qırxmaq. Dəllək başımı qırxdı. - ..Usta bir müştərinin başını qırxıb qurtarıb qanatdığı yerlərə...
|
QIRXYARPAQ (ID - 25139)is. məh. bot. Çoxyarpaqlı, xırda gül açan ot bitki.
|
QIRICI (ID - 25140)sif. 1. Qıran, məhv edən, qırıb tələf edən, öldürücü. Həşərat qırıcı vasitələr.
Düşmən gəmi və təyyarələrini məhv etmək, düşmən diversantları və s. ilə mübarizə etmək vəzifəsini daşıyan. Qırıcı aviasiya.... |
QIRIQ (ID - 25141)sif. 1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.
Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə. Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə. Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş... |
QIRIQÇI (ID - 25142)dan. bax sınıqçı.
|
QIRIQÇILIQ (ID - 25143)dan. bax sınıqçılıq.
|
QIRIQ-QIRIQ (ID - 25144)sif. və zərf Tikə-tikə, parça-parça. Qırıq-qırıq xətt. Qırıq-qırıq olmaq. //Rabitəsiz. [Ustalar] .. arabir danışır, qırıqqırıq fikirlər və mülahizələr yürüdürdülər. Çəmənzəminli. [Sübhanverdizadə] ..Nemətullayev...
|
QIRIQ-QURAQ (ID - 25145)sif. Qırıq parçalardan ibarət olan.
|
QIRIQ-QURUQ (ID - 25146)dan. bax qırıq-sökük
2-ci mənada. |
QIRIQLIQ (ID - 25147)is. 1. Qırıq şeyin halı; sınıqlıq. 2. Əzginlik, ağrı, sızıltı. Bütün vücudumda bir qırıqlıq, bir sızı hiss edirəm. A.Şaiq.
|
QIRIQ-SÖKÜK (ID - 25148)dan. 1. sif. Rabitəsiz, dağınıq.
sif. Dağılmış, sökülmüş, sınıq. is. Qırıntı, söküntü, tullantı. |
QIRIQ-TÖKÜK (ID - 25149)bax qırıq-sökük 1 və
2-ci mənalarda. |
Bu səhifə dəfə baxılıb