QIRIQsif. 1. Qırılmış, kəsilmiş. Qırıq ip. Qırıq məftil.
Rabitəsiz, əlaqəsiz. Qırıq cümlə. Sınıq, sınmış. Qırıq kasa. Qırıq şüşə. Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı. M.Hüseyn. Yelkənlər qırıq quş qanadı kimi cansız bir hərəkətlə yırğalanırdı. M.Rzaquluzadə. Təsərrüfatçı ona [Qədirə] qırıq bir taxt göstərib dedi: “Hələlik ötüş” . Mir Cəlal. // Yaramaz, dəyərsiz, sınıq. Yaxşı ki, dədəm Qafar sənə bu qırıq tüfəngi qoyub getmişdir. A.Şaiq. is. Qırılmış, sındırılmış, parçalanmış şeyin kiçik parçası, tikəsi. Şüşə qırığı. Qənd qırığı. İp qırığı. - Gülsüm xala .. barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarırdı. Ə.Haqverdiyev. // Tullantı; qırıntı. Kağız qırıqları. Papiros qırığı. “Bir” sözü ilə: bir qırıq - bir tikə, bir az, bir zərrə. Bir qırıq çörək. məc. İncimiş, sınmış. Qırıq könül. Paylaşın - Hamı bilsin
|