QIRICIsif. 1. Qıran, məhv edən, qırıb tələf edən, öldürücü. Həşərat qırıcı vasitələr.
Düşmən gəmi və təyyarələrini məhv etmək, düşmən diversantları və s. ilə mübarizə etmək vəzifəsini daşıyan. Qırıcı aviasiya. Qırıcı dəstələr. Döyüş təyyarələrinin bir növü qırıcı təyyarələrdir. - Kənd içində qırıcı batalyon keşikçisindən başqa kimsə görünmürdü. Ə.Əbülhəsən. // is. Qırıcı təyyarə. Qırıcılarımızın o birisi qəsəbənin üzərində hərlənir və yoldaşının keşiyini çəkirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|