QISIQLIQ (ID - 25300)is. 1. Qısılmış (sıxılmış) şeyin halı.
Boğuqluq, xırıltı. |
QISILMA (ID - 25301)“Qısılmaq” dan f.is.
|
QISILMAQ (ID - 25302)f. 1. Bir şeyin arasında qalıb bərk sıxılmaq. Barmağım qapının arasında qısıldı. // Ümumiyyətlə, sıxılmaq. Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı.. N.Nərimanov. Adamın ürəyi elə qısılır ki, deyəsən bəs...
|
QISILMIŞ (ID - 25303)f.sif. Sığınmış, daldalanmış, bir yerə sığınmış, gizlənmiş. Şən qəhqəhə və gurultularımızla .. kollar və budaqlar arasında qısılmış quşları qaçırırdıq. A.Şaiq.
|
QISINMAQ (ID - 25304)1. Bax qısnamaq. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə; görürsən ki, qorxurlar, dəxi niyə qısınırsan? M.F.Axundzadə.
Bax qısılmaq 3-cü mənada. Balaca uşaqlar yenə də analarına qısınıb yalnız indi tanıdıqları... |
QISINTI (ID - 25305)is. Sıxıntı, çətinlik. Qısıntı çəkmək.
|
QISIR (ID - 25306)sif. Müvəqqəti və ya həmişəlik doğmayan. Qısır inək.
|
QISIRƏMƏN (ID - 25307)sif. Qısır qalmış anasını təkrar əmən. Qısırəmən dana.
|
QISIRLAMA (ID - 25308)“Qısırlamaq” dan f.is.
|
QISIRLAMAQ (ID - 25309)f. Qısır qalmaq, doğmamaq, bala verməmək.
|
QISIRLIQ (ID - 25310)is. Qısır olma, doğmama, bala verməmə.
|
QISQAC (ID - 25311)is. 1. zool. Rütubətli yerlərdə daşların altında yaşayan sarı rəngli, haça quyruqlu uzunsov cücü.
zool. Başında qayçı kimi sıxıcı buynuzları - müdafiə aləti olan cücü; qayçıkəsən. Xərçəng kimi heyvanların sıxıcı... |
QISQACLI (ID - 25312)sif. Qısqacı olan.
|
QISQANAN (ID - 25313)f.sif. bax qısqanc. Mənim rəhmətlik ərim də çox qısqanan adamdı. M.S.Ordubadi.
|
QISQANC (ID - 25314)sif. 1. Çox qısqanan. Qısqanc ər. Qısqanc qadın. - Bir-birinə rəqib kəsilən və sönük piltənin bozumtraq alovunu qucaqlamaq istəyən qısqanc pərvanələrin son dəstələri qırılır və dəli bir sevgiyə qurban verilirdi. M.S.Ordubadi.
Paxıl,... |
QISQANCLIQ (ID - 25315)is. 1. Sevdiyi bir adamın tam sədaqət və məhəbbətinə qarşı doğan şübhə, etimadsızlıq hissi; sevdiyi bir adamın başqasına qarşı yaxşı münasibətinə dözməmək xasiyyəti. [Həyat:] ..Sənin qısqanclıqların da, şübhələrin...
|
QISQANDIRILMAQ (ID - 25316)“Qısqanmaq” dan məch.
|
QISQANDIRMA (ID - 25317)“Qısqandırmaq” dan f.is.
|
QISQANDIRMAQ (ID - 25318)icb. Birinin qısqanmasına səbəb olmaq, birində qısqanclıq hissi doğurmaq.
|
QISQANIŞ (ID - 25319)is. Qısqanma. Qadın və qızlarda .. qısqanışlar həddindən artıqdır. M.S.Ordubadi.
|
QISQANMA (ID - 25320)“Qısqanmaq” dan f.is.
|
QISQANMAQ (ID - 25321)f. 1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi...
|
QISQI (ID - 25322)is. 1. Tələsdirmə, qısnama, qısnağa salma. □ Qısqı basmaq (gəlmək) - bax qısqılamaq.
Hədə, qara-qorxu; hədələmə, sıxışdırma. Qısqı güclü olanda, qorxaq bacadan qaçar. (Ata. sözü). Səlim bəy Nəbinin qısqısından sonra,... |
QISQILAMAQ (ID - 25323)f. dan. Sıxışdırmaq, qısnamaq.
|
QISQIN (ID - 25324)dan. bax qısqı 1-ci mənada.
|
QISQINMAQ (ID - 25325)f. dan. Çəkinmək, utanmaq, sıxılmaq.
|
QISQINTI (ID - 25326)is. dan. Sıxışdırma, tələsdirmə, qısnama. // Sıxıntı, əziyyət.
|
QISQIRDILMA (ID - 25327)“Qısqırdılmaq” dan f.is.
|
QISQIRDILMAQ (ID - 25328)məch. Üzərinə saldırılmaq (it).
|
QISQIR(T)MA (ID - 25329)“Qısqır(t)maq” dan f.is.
|
QISQIR(T)MAQ (ID - 25330)f. İti birinin üzərinə saldırmaq qəsdi ilə qıs-qıs demək. [Ovçular] mağaranın içindən ayının nəriltisini eşidib, tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. S.S.Axundov. ..Ağsaqqal və mömin adamlar köpəkləri,...
|
QIS-QIS (ID - 25331)İti qısqırtmaq üçün işlənən nida.
|
QIS-QIVRAQ (ID - 25332)bax qıvraq. [Nəriman] belini enli qayışla qıs-qıvraq bağlamışdı.
İ.Əfəndiyev. Fəvvarə vuraraq qaynayır bulaq; Hovuz zireh geyir sudan qıs-qıvraq. Şəhriyar. |
QISMA (ID - 25333)“Qısmaq” dan f.is.
|
QISMA-BOĞMA (ID - 25334)is. Hər tərəfdən sıxışdırma, qısnama. □ Qısma-boğmaya salmaq
çox sıxışdırmaq, çox qısnamaq. [Aqronom:] Nə başlayıblar məni qısma-boğmaya salmağa?.. M.Hüseyn. Qələndərlə bir neçə nəfər isə öz sualları ilə Zülfüqar... |
QISMAQ (ID - 25335)f. 1. Sıxıb tutmaq, iki şey arasında bərk sıxmaq. [Şərəfnisə xanım] şəkil kağızlarını dişin-dişinə qısıb, əlində bərkbərkövkələyir, salır ayağı altına. M.F.Axundzadə. [Kərim baba] uşaqlara məxsus bir sevinclə sümsünü...
|
QISNAQ (ID - 25336)1. is. Çox çətin girilə bilən yer.
2. sif. Tələsik, təcili, təxiredilməz. Qısnaq iş. □ Qısnağa salmaq - tələsdirmək, sıxışdırmaq. |
QISNAMA (ID - 25337)“Qısnamaq” dan f.is.
|
QISNAMAQ (ID - 25338)f. Təkidlə israr etmək, təkidlə tələb etmək; bərk qısqı gəlmək; sıxışdırmaq, dirənmək. [2-ci kəndli:] Bizi niyə belə dara qısnayırsan? Ə.Haqverdiyev. Mənim qardaşım gəlib məni qısnayıbdır ki, tez
ol, məni də məktəbə... |
QISRAQ (ID - 25339)sif. Doğmayan, qısır. O, qısraq şeydir, öküz deyil ki, qulaqlayıb cütə qoşasan. S.Rəhimov.
|
QIŞ (ID - 25340)is. İlin payızdan sonra gələn ən soyuq fəsli. Qarlı qış günündə. Bu il qış çox gec gəldi. - Doğrudur, kəndlərdə və balaca şəhərlərdə qışın o qədər bir səfası yoxdur, amma Tiflis kimi yerdə qış böyük bir qənimətdir....
|
QIŞÇİÇƏYİ (ID - 25341)is. məh. bot. Aran rayonlarda bitən tez çiçəklənən ot bitkisi.
|
QIŞQIR-BAĞIR (ID - 25342)is. Qışqırıq, çığır-bağır, qışqırma. Qışqır-bağır salmaq. - Zeynal əvvəl bu qışqır-bağırla (z.) bu özbaşınalığın qabağını almaq istəyirdi. Ə.Əbülhəsən.
|
QIŞQIRIQ (ID - 25343)is. Çığırtı, bağırtı, çığırtı səsi. Qışqırıq qopmaq. Qışqırıq salmaq. Onun qışqırığını uzaqdan eşitdim. - Bu qədər qışqırığa durdu qonum-qonşu təmam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! M.Ə.Sabir....
|
QIŞQIRIQ-BAĞIRIQ (ID - 25344)bax qışqır-bağır. Molla yenə də qışqırıq-bağırıqla (z.) məsələnin üstünü birtəhər örtmək istədisə də, bu dəfə Sirat ona imkan verməyərək belə bir məsəl də çəkdi.. Ə.Əbülhəsən.
|
QIŞQIRIQÇI (ID - 25345)sif. Daima qışqıran, bağıran, küy-kələkçi, çığırqan. Qışqırıqçı uşaq.
|
QIŞQIRIŞMA (ID - 25346)“Qışqırışmaq” dan f.is.
|
QIŞQIRIŞMAQ (ID - 25347)qarş. Hamı birdən, hərə öz yerindən qışqırmaq. Biz bir ağızdan qışqırışdıq. S.Rəhimov. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə.Məmmədxanlı.
|
QIŞQIRMA (ID - 25348)“Qışqırmaq” dan f.is.
|
QIŞQIRMAQ (ID - 25349)f. Bərkdən çığırmaq, bağırmaq. Cənnət xanım.. başını silkələyib elə qışqırdı ki, üzündən pudra ələndi. Mir Cəlal.
|
Bu səhifə dəfə baxılıb