İzahlı lüğət

QISMAQ

f. 1. Sıxıb tutmaq, iki şey arasında bərk sıxmaq. [Şərəfnisə xanım] şəkil kağızlarını dişin-dişinə qısıb, əlində bərkbərkövkələyir, salır ayağı altına. M.F.Axundzadə. [Kərim baba] uşaqlara məxsus bir sevinclə sümsünü iri dodaqları arasına qısıb çalmağa başladı. A.Şaiq.
Yatırmaq, kip yapışdırıb sıxmaq, basmaq. Adətdir, quyruğun buduna qısar; Hər yerdə ki görsə köpəyi paraq. Q.Zakir. Qurd .. quyruğunu böyrünə qısaraq, dili ilə pələngi yalayırdı. A.Şaiq.
Ümumiyyətlə sıxmaq. ..Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq. Ə.Haqverdiyev. [Şamamanın anası:] A kişi, sən allah, o qara günləri yadımıza salıb ürəyimizi qısma.. İ.Əfəndiyev.
Gizlətmək, çəkmək. Toyuqlar boyunlarını içəri qısaraq, gözlərini qırpırdılar. H.Nəzərli. Onun hər bir kəlməsini yaxşı eşitmək üçün hamı nəfəsini qısıb dinlədi. M.Hüseyn. Qənaət etmək, azaltmaq, daraltmaq, kiçiltmək, kəsmək, sıxışdırmaq. Xərci bir qədər qısmalı. Yüz manat qısıb saxlamışam.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed