İzahlı lüğət

QISILMAQ

f. 1. Bir şeyin arasında qalıb bərk sıxılmaq. Barmağım qapının arasında qısıldı. // Ümumiyyətlə, sıxılmaq. Qocurdan Tiflisi görəndə Bahadırın ürəyi qısıldı.. N.Nərimanov. Adamın ürəyi elə qısılır ki, deyəsən bəs bir daş qəfəsə düşübdür. S.Rəhimov.
Tutulmaq, xırıldamaq, batmaq (səs).
Sığınmaq, daldalanmaq, bir yerə sıxılmaq, büzüşüb qalmaq, gizlənmək. Səriyyə xanım evin bucağına qısılıb tez-tez kirpik çalır və ağzındakı saqqızını çeynəyirdi. M.S.Ordubadi. [Məmməd:] Bəs niyə nənəm o günü Məlik Məmmədin nağılını söyləyəndə .. məmənin qucağına qısıldın? S.S.Axundov. Bahadır divara qısılıb, intizardan geniş açılmış gözlərini Pəri nənəyə dikmişdi. M.Hüseyn.
Utanmaq, sıxılmaq, çəkinmək. Danışarkən qısılmaq. Kamil qısılmasa, yaxşı oxuyar. - Heç qısılma bu məclisdə; Bu məclis ər meydanıdır. Aşıq Vəli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed