QAZMAQLANMA (ID - 24250)“Qazmaqlanmaq” dan .
|
QAZMAQLANMAQ (ID - 24251)f. Qazmaq tutmaq, qazmaq bağlamaq, dib tutmaq. Qazanın dibi qazmaqlandı.
|
QAZMAQLI (ID - 24252)sif. Qazmağı olan, qazmaq bağlamış. Qazmaqlı aş. Qazmaqlı quymaq.
|
QAZNAQ (ID - 24253)is. Qazılmış yer, çuxur yer; qazıq, çuxur. Təpənin dibindəki bulağın üstünə endim, əl və üzümü yuyub qaznağın qırağında oturdum. A.Divanbəyoğlu.
|
QAZ(O)GENERATOR (ID - 24254)[fr. qaz və lat. generator] Bərk və ya duru yanacağı qızğın qaz halına salmaq üçün aparat.
|
QAZ(O)GENERATORLU (ID - 24255)sif. xüs. Qazogeneratoru olan. Qazogeneratorlu yük avtomobili.
|
QAZOLİN (ID - 24256)[xar.] Neftin distilləsindən və ya neft qazının mayeləşdirilməsindən alınan duru yanacaq, yaxşı təmizlənməmiş benzin.
|
QAZON (ID - 24257)[fr.] Bağlarda, parklarda və s. yerlərdə bəzək üçün əkilmiş və başı dümdüz kəsilmiş ot sahəsi. Bulvarların qazonları.
|
QAZOYL (ID - 24258)is. Qaz və neft sözlərinin birləşməsindən yaranan söz.
|
QAZÖLÇƏN (ID - 24259)is. xüs. Laboratoriyalarda və s.-də müxtəlif qazları toplamaq, saxlamaq və həcmlərini ölçmək üçün cihaz.
|
QAZSIZLAŞDIRILMA (ID - 24260)“Qazsızlaşdırılmaq” dan f.is.
|
QAZSIZLAŞDIRILMAQ (ID - 24261)məch. Qazsız hala gətirilmək, qazdan təmizlənmək.
|
QAZSIZLAŞDIRILMIŞ (ID - 24262)f.sif. 1. xüs. Qazsız hala gətirilmiş, qazı çıxardılmış.
2. hərb. Zərərsiz hala gətirilmiş, qazdan təmizlənmiş. |
QAZSIZLAŞDIRMA (ID - 24263)xüs. “Qazsızlaşdırmaq” dan f.is.
|
QAZSIZLAŞDIRMAQ (ID - 24264)f. 1. xüs. Bir şeyin içində olan qazları müxtəlif vasitələrlə çıxarmaq, onu qazsız etmək.
2. hərb. Mexaniki və kimyəvi üsullarla zəhərləyici maddələrin təsirini zərərsizləşdirmək. |
QAZSIZLAŞMA (ID - 24265)“Qazsızlaşmaq” dan f.is.
|
QAZSIZLAŞMAQ (ID - 24266)f. xüs. Qazsız hala gəlmək, qazı boşalmaq, qazı uçmaq (çıxmaq).
|
QAZSOĞANI (ID - 24267)is. bot. Zanbağa oxşar bəzək bitkisi. Qazsoğanı cinsinin çiçəkyanlığı altı sərbəst yarpaqdan təşkil olunmuşdur, yarpaqlar içəri tərəfdən sarı rəngli və parlaqdır, bəzən ağımtıl rənglidir, onların xarici tərəfində yaşıl...
|
QE (ID - 24268)“Q” hərfinin və bu hərflə işarə olunan səsin adı.
|
QEYB (ID - 24269)[ər.] 1. Hazır və göz önündə olmama; qaiblik. □ Qeyb etmək - itirmək, əldən çıxarmaq. Hərgah siz buna razılıq versəniz, burada qeyb edə biləcəyiniz bu qiymətli şeyləri də özünüzlə bərabər salamat apara biləcəksiniz! M.S.Ordubadi....
|
QEYBƏT (ID - 24270)is. [ər.] 1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər...
|
QEYBƏTCİL (ID - 24271)sif. Qeybət etməyi sevən.
|
QEYBƏTÇİ (ID - 24272)is. Qeybət edən, dalca danışan, dedi-qoduçu. [Bahar Mahmuda:] Mən tənbələm? Mən qeybətçiyəm? Ə.Haqverdiyev.
|
QEYBƏTÇİLİK (ID - 24273)is. Qeybətçi adamın xasiyyəti, söz gəzdirmə xasiyyəti, dedi-qoduçuluq.
|
QEYD1 (ID - 24274)is. [ər.] 1. Qısa surətdə yazma. Bloknotda edilən qeydlər. - ..Gözləriyazı stolunun üstündəki qeydlərinə sataşdı. M.Hüseyn. // Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. Səhifənin altında çoxlu...
|
QEYD2 (ID - 24275)is. [ər.] Fikir, qayğı, narahatlıq, əndişə. Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. Füzuli. Sabira! Ey əsiri-qeydibəla! Şeirdir gərçi şiveyi-şüəra. M.Ə.Sabir. Bir tərəfdən qızın qeydi yox idi. Ə.Haqverdiyev. □ Qeydinə...
|
QEYDÇİ (ID - 24276)is. Qeyd edən, siyahıya alan; idarəyə gələn və oradan göndərilən kağızları dəftərə qeyd edən işçi.
|
QEYDÇİLİK (ID - 24277)is. Qeydçi vəzifəsi və işi.
|
QEYDEDİCİ (ID - 24278)is. fiz. Hər hansı bir hadisəni qeyd edən cihaz.
|
QEYDKEŞ (ID - 24279)sif. [ər. qeyd və fars. ...keş] Qeydə qalan, qayğı çəkən, diqqətli, mehriban. Qeydkeş ata. - Yaraları qeydkeş əllərlə sarınıb sağalan döyüşçülər xəstəxananı tərk edib, yenidən cəbhəyə qayıtdı(lar). Ə.Məmmədxanlı....
|
QEYDKEŞLİK (ID - 24280)is. Qeyd çəkmə, qeydə qalma, qayğıya qalma; qayğıçılıq. Qeydkeşlik göstərmək. Ata-ananın öz övladlarına qarşı qeydkeşliyi. Zəhmətkeşlərin tələblərinə qeydkeşliklə (z.) yanaşmaq.
|
QEYDLİ (ID - 24281)sif. Qayğılı, qayğısı olan, hər bir şeyin fikrini çəkən.
|
QEYDSİZ (ID - 24282)sif. 1. Qayğısı, fikri, dərdi, qəmi olmayan; hər şeyi qulaqardına vuran; laqeyd.
O, çox qeydsiz adamdır. [Mirzə:] Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm,... |
QEYDSİZLİK (ID - 24283)is. Qeydsiz adamın halı; qayğısızlıq.
|
QEYDSİZ-ŞƏRTSİZ (ID - 24284)zərf. Heç bir şərt olmadan, heç bir məhdudlaşdırıcı şərt olmadan; sözsüz. Qeydsiz-şərtsiz təslim olmaq. Şərtlər qeydsiz-şərtsiz qəbul edildi. - [Oğlan:] Rütbəcə özündən böyüklərin əmrini qeydsizşərtsiz yerinə yetirmək!...
|
QEYR (ID - 24285)[ər.] bax qeyri 3-cü mənada. Edəsən qeyr ilə seyri-gülüstan; Xəstə Zakir qala külxan içində. Q.Zakir.
|
QEYRƏT (ID - 24286)is. [ər.] 1. Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Vətən qeyrəti. - Gəl, ana yurdumun qızı, gəlini! İndi hünər vaxtı, qeyrət dəmidir. S.Vurğun....
|
QEYRƏTKEŞ (ID - 24287)sif. və is. [ər. qeyrət və fars. ...keş] Qeyrət çəkən; vətən, xalq, ailə namusu çəkən (adam).
|
QEYRƏTLƏNDİRMƏ (ID - 24288)“Qeyrətləndirmək” dən f.is.
|
QEYRƏTLƏNDİRMƏK (ID - 24289)f. Qeyrətə gətirmək, ruhlandırmaq, ürəkləndirmək.
|
QEYRƏTLƏNMƏ (ID - 24290)"Qeyrətlənmək” dən f.is.
|
QEYRƏTLƏNMƏK (ID - 24291)f. Qeyrətə gəlmək, səy etmək, cəhd etmək, ruhlanmaq, fəaliyyətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək.
|
QEYRƏTLİ (ID - 24292)sif. Öz vətəninin, xalqının, yaxın adamlarının qeyrətini çəkən, şərəf və namusunu qoruyan. Hər birimiz guya millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. Haşım...
|
QEYRƏTMƏND (ID - 24293)[ər. qeyrət və fars. ...mənd] köhn. bax qeyrətli. Qeyrətmənd və sahibi-namus şəxs belə səltənətdən ar edər və belə padşahlardan bizar olar. M.F.Axundzadə.
|
QEYRƏTPƏRƏST (ID - 24294)[ər. qeyrət və fars. ...pərəst] bax qeyrətli.
|
QEYRƏTSİZ (ID - 24295)sif. Qeyrəti, namusu, heysiyyəti olmayan. Dərdlərimiz daha da; Ürəkdə köz-köz olur; Bu haqdır, ağladıqca; Kişi qeyrətsiz olur. B.Vahabzadə.
|
QEYRƏTSİZLİK (ID - 24296)is. Qeyrəti, namusu, heysiyyəti olmama. [Şahların] qəfləti və qeyrətsizliyi üzündən vətənimiz .. ən acınacaqlı bir vəziyyətə düşmüşdür. M.F.Axundzadə.
|
QEYRİ (ID - 24297)1. qoş. Başqa. Səndən qeyri. Ondan qeyri. Əhməddən qeyri heç kəsin yazısı hazır deyil. - Ey sevdiyim, səndən qeyri kimim var? M.V.Vidadi. // Sif. mənasında. Bahadır qeyri bir halətdə idi. N.Nərimanov.
sif. Özgə, yad, kənar, başqa.... |
QEYRİ-ADİ (ID - 24298)sif. [ər. ] Adi olmayan, adətdən kənar, fövqəladə, görünməmiş. Qeyriadi istedad. Qeyri-adi sevinc. Qeyri-adi gözəllik. - Muradlı onun üzünə baxıb qeyriadi (z.) halda qaqqıldadı. Mir Cəlal. Səməd Əzizə baxdı. Dostunun sifətində...
|
QEYRİ-ADİLİK (ID - 24299)is. Qeyri-adi şeyin halı; adətdən kənar olma; qeyri-adi hal, qeyriadi şey (hadisə). İlyas bu gün hər tərəfdə bir qeyri-adilik hiss edirdi. M.S.Ordubadi.
|
Bu səhifə dəfə baxılıb