İzahlı lüğət

QEYBƏT

is. [ər.] 1. Birinin (özü olmadığı halda) haqqında danışma, yaxud əleyhinə söz söyləmə, dalınca danışma. Məcalı qeybətə olmaz o kəs ki, əhli-sənətdir. S.Ə.Şirvani. Gecəgündüz işi qeybət o cahil qızların, Möcüz! Əgər vaiz qoya məşğul olarlar elm ilə qızlar. M.Möcüz. □ Qeybət etmək (eləmək, qırmaq) - birinin (özü olmadığı halda) sözünü danışmaq, haqqında söz söyləmək, dalınca danışmaq. Dalda qeybət, üzdə səna etmərəm; Gizli söyüş, zahir dua etmərəm. M.Ə.Sabir. [Yaqub] ..oyun əsnasında onun mədənində xidmət edən əski mühəndisi haqqında qeybət edərdi. B.Talıblı. Sahildə qızlar, gəlinlər toplanıb onun-bunun qeybətini qırırdılar. M.Hüseyn.
2. Meydanda olmama, qaib olma, qaiblik.
Ol gün ki, yox idi məndə qüdrət; Qıldın mənə qeybətimdə rəğbət. Füzuli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed