İzahlı lüğət

QƏRƏZSİZLİK (ID - 24750)

is. Heç bir qərəzi, pis fikir və niyyəti olmama.

QƏRİB (ID - 24751)

sif. [ər.] 1. Yad yerdə olan, qürbətdə yaşayan, özgə yerli, gəlmə. Dünən görürdüm ki, qərib osmanlılar qaçırlar konsulxanaya ki, təzə sultanın taxta çıxmasından yana konsula “mübarək olsun” desinlər. Məmmədquluzadə....

QƏRİBANƏ (ID - 24752)

zərf [ər. qərib və fars. ...anə] Qərib kimi; itaətlə, həqiranə. Mən öyrənmişəm tənha, qəribanə dərd-qüssə çəkməyə, Allah kərimdir, get! N.Vəzirov.

QƏRİBÇİLİK (ID - 24753)

qəribçiliyini çəkmək çox darıxmaq, həsrətini çəkmək. Səttarxan Əli dayını düşünür, onun və başqa dostlarının qəribçiliyini çəkirdi. P.Makulu.

QƏRİBƏ (ID - 24754)

sif. [ər.] 1. Eşidilməmiş, görünməmiş, təəccüblü, qeyri-adi, çox maraqlı. Qəribə söz. Qəribə əhvalat. - [Vəzir:] Mən istəyirəm ki, bayramda bir qəribə mintənə Şölə xanıma bağışlayım. M.F.Axundzadə. Yusif əmi hər...

Qəribədir (ID - 24755)

şəklində - çox təəccüblüdür, çox maraqlıdır. Çox qəribədir, növbə Fərmana çatanda o, nədənsə ürəyinin döyündüyünü hiss etdi. Ə.Sadıq.

QƏRİBƏLƏŞMƏ (ID - 24756)

“Qəribələşmək” dən f.is.

QƏRİBƏLƏŞMƏK (ID - 24757)

f. Başqalaşmaq, getdikcə ayrı cür olmaq, dəyişmək. Sən də get-gedə qəribələşirsən, ay Qəhrəman! S.Rəhimov.

QƏRİBƏLİK (ID - 24758)

is. Qəribə şeyin halı; təəccüblülük.

QƏRİB-QÜRƏBA (ID - 24759)

top. [ər.] Qərib adamlar, özgə yerdən gəlmiş adamlar. ..Axşamüstü buyur bazara, ramazanlıqdır, gör necə adamın dişləri tökülür, ələlxüsus qəribqürəbanın. N.Vəzirov.

QƏRİBLƏMƏ (ID - 24760)

“Qəribləmək” dən f.is.

QƏRİBLƏMƏK (ID - 24761)

f. Qəribliyə düşmək, özünü qərib hiss etmək; yurdunu, vətənini arzulamaq, qəribsəmək.

QƏRİBLƏŞMƏ (ID - 24762)

“Qəribləşmək” dən f.is.

QƏRİBLƏŞMƏK (ID - 24763)

f. Qərib olmaq, getdikcə yad olmaq, uzaqlaşmaq.

QƏRİBLİK (ID - 24764)

is. 1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. - Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər,...

QƏRİBNƏVAZ (ID - 24765)

[ər. qərib və fars. ...nəvaz] Qəribləri himayə edən, onlara kömək edən, hörmət edən.

QƏRİBNƏVAZLIQ (ID - 24766)

is. Qəribləri himayə və onlara kömək etmə, hörmət etmə. Sən bizi tamam yaddan çıxardın, axı qəribnəvazlığın qaydası belə olmaz. M.F.Axundzadə.

QƏRİBSƏMƏ (ID - 24767)

“Qəribsəmək” dən f.is. Bəhram özünə bəlli olmayan bir qəribsəmə duydu. Ə.Vəliyev.

QƏRİBSƏMƏK (ID - 24768)

f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq. Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı....

QƏRİNƏ (ID - 24769)

is. [ər.] Əslində 33 illik bir dövr olub, əsr mənasında işlənir. Qərinələrlə məst olub cəhalətə uyuduq! Nə gördük? Nə qazandıq? C.Məmmədquluzadə. Elə bir cahan ki, onun hər anı; Mənalı görünür bir qərinədən. S.Vurğun....

QƏRQ (ID - 24770)

[ər.] Adətən “etmək” , “olmaq” köməkçi feilləri ilə birgə işlənir. □ Qərq etmək - 1) batırmaq (suda). Düşmən vəziyyətin çıxılmazlığını görüb, gəmilərini qərq etdi; 2) boğmaq (suda). ..Bir də gördüm dəryanın...

QƏRYƏ (ID - 24771)

is. [ər.] köhn. Kənd. Yollar xarab, qəryələr viran,.. qəbiristanlar küçələrin içində havanın kəsafətinə bais. M.F.Axundzadə. Iki gün yol gedib yetişdik məşhur Kəleybər qəryəsinə.. C.Məmmədquluzadə. Eşidirdim mən atların...

QƏRZ (ID - 24772)

is. [ər.] köhn. Borc. [Rüstəm] axır ayağa qalxıb, Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü. Ə.Haqverdiyev.

QƏRZƏK (ID - 24773)

is. məh. Təzə qoz, fındıq kimi meyvələrin dəydikcə yarılıb tökülən yumşaq üst qabığı. Yetişmiş qozaların qərzəkləri saralır və ağzı açılaraq içərisindəki qozalar yerə tökülməyə başlayır. Axundzadə.

QƏRZƏKLƏMƏK (ID - 24774)

f. Qərzəyini soymaq (b a x qərzək).

QƏRZƏKLƏNMƏK (ID - 24775)

f. Qərzəyi soyulmaq (b ax qərzək). Qərzəklənmiş qozu qaxsımamaq üçün günün qabağına sərirlər.

QƏRZƏKLİ (ID - 24776)

sif. Qərzəyi olan, üstündə yaşıl qabıq olan (təzə qoz, fındıq və s.). Badam qərzəkli meyvə bitkiləri qrupuna daxildir.

QƏRZƏN (ID - 24777)

zərf [ər.] köhn. Borc olaraq.

QƏSABƏ (ID - 24778)

is. Köhnə zamanlarda qadın paltarının yuxarısından aşağıya doğru uzanan bəzəkli yaxalıq. Ətəkliyi altun, qəsabəsi zər; Çəhrayı çarqat qəddə bərabər. M.P.Vaqif.

QƏSB (ID - 24779)

is. [ər.] Zorla alma, qapma, zəbt etmə, tutma, zorla mənimsəmə. □ Qəsb etmək - zorla almaq, tutmaq, tapmaq, mənimsəmək, zəbt etmək. ..Hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır. M.İbrahimov....

QƏSBKAR (ID - 24780)

is. [ər. qəsb və fars. ...kar] Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutan, əlinə keçirən, qəsb edən adam. Xalqın yadelli qəsbkarlara qarşı mübarizəsi “Koroğlu” , “Qaçaq Nəbi” kimi dastan və mahnılarda...

QƏSBKARLIQ (ID - 24781)

is. Özgənin malını, mülkünü, torpağını və s.-ni zorla tutma, əlinə keçirmə, qəsb etmə. Ərəb hakimi Haşimin dövründə Dərbənd əhalisi naçar qalıb alver və qəsbkarlıqla məşğul oldu. A.Bakıxanov.

QƏSD (ID - 24782)

is. [ər.] 1. Niyyət, məqsəd, məram. Xudayar bəyin qəsdi Zeynəbin və səqirlərin var-yoxuna .. sahib olub, Zeynəbi çölə ötürmək idi. C.Məmmədquluzadə. Buraya gəlməkdən qəsdim səndən kömək istəməkdir. Ə.Haqverdiyev. Göyərçin...

QƏSDÇİ (ID - 24783)

is. Qəsd hazırlayan, qəsddə iştirak edən, terrorçu.

QƏSDÇİLİK (ID - 24784)

is. Terrorçuluq, sui-qəsd düzəltmə.

QƏSDƏN (ID - 24785)

zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. - Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi...

QƏSD-QƏRƏZ (ID - 24786)

is. [ər.] Düşmənçilik, ədavət, qərəz. [Odabaşı:] ..Xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. Niyə görə? Mənimlə qəsd-qərəzin var? Məmmədquluzadə. [Dərviş:] Bu sözlərdən mətləb nədir?.. Mənə...

QƏSDSİZ (ID - 24787)

zərf Heç bir qəsdi-qərəzi, pis niyyəti olmadan. O, bu sözü qəsdsiz söylədi.

QƏSƏBƏ (ID - 24788)

is. [ər.] Şəhər tipli yaşayış məntəqəsi. Fəhlə qəsəbəsi. - Heç bilirsinizmi ki, dünyada Ağdam qəsəbəsi də var? Məmmədquluzadə. Küçələrdə arabaçılar, suçular və qeyri qəsəbə əhli o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə....

QƏSƏBƏCİK (ID - 24789)

is. Kiçik qəsəbə.

QƏSƏBƏLİ (ID - 24790)

is. Qəsəbə əhli, qəsəbədə yaşayan adam, qəsəbə əhalisindən olan adam.

QƏSƏBƏVARİ (ID - 24791)

sif. Qəsəbə kimi, qəsəbəyə oxşayan. Şose yolunun kənarında qəsəbəvari bir yer vardır.

QƏSƏM (ID - 24792)

is. [ər.] And. İmanına qəsəmlə çapırsan cəmaəti; Quldurçuluq tüfəngimidir dinin, ey əmu? M.Ə.Sabir. □ Qəsəm etmək - and içmək. İstəyirsən yüz min dəfə and iç, qəsəm eylə, heç vaxt sənin sözünə inanmayacaq. C.Məmmədquluzadə....

QƏSƏMNAMƏ (ID - 24793)

is. [ər. qəsəm və fars. ...namə] din. And vərəqəsi, and içmək haqqında kağız. Əgər həmin qəsəmnamə olmasaydı, hər ayinə tərəkəmənin .. atı sənin üçün böyük cəzaya, rüsvayçılığa və hətta böyük bir bədnamlığa...

QƏSİDƏ (ID - 24794)

is. [ər.] Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman;...

QƏSİDƏÇİ (ID - 24795)

is. köhn. Qəsidə söyləyən, qəsidə yazan. Qəsidəçi şairlər. - Ravilər, rəmmallar, qəsidəçilər; Axışıb gəldilər hey birər-birər. Şəhriyar.

QƏSİDƏÇİLİK (ID - 24796)

is. köhn. Qəsidə söyləmək peşəsi, qəsidə yazmaq sənəti; qəsidə yazmaqla məşğul olma. Qədim Şərq şairlərinin bir çoxu qəsidəçiliklə məşğul olmuşdur.

QƏSİDƏXAN (ID - 24797)

is. [ər. qəsidə və fars. ...xan] köhn. Qəsidə oxuyan.

QƏSİDƏXANLIQ (ID - 24798)

is. köhn. Qəsidəxanın işi, peşəsi.

QƏSİDƏYAZAN (ID - 24799)

is. köhn. Qəsidə müəllifi, qəsidə yazmaqla məşğul olan şair.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed