.....i_l_by_id_with_comments QƏSDƏN sözünün izahı / QƏSDƏN sözünün mənası

İzahlı lüğət

QƏSDƏN

zərf [ər.] Bilərək, bilə-bilə, müəyyən məqsədlə. Qəsdən bu sözü söylədi. Mən qəsdən belə dedim. - Qəsdən unudurdu dərsin ol zar; Leyliyə deyirdi: ey vəfadar! Füzuli. [Əsgər:] Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Ü.Hacıbəyov. Ceyran oturub oğlu ilə əylənməyə, gülməyə başlayır. Qəsdən özünü nəşəli göstərir. S.Hüseyn. O, yelqanadlı atını qəsdən çapmırdı ki, ovu atasının gözü önündə ovlasın. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....