
QƏSBis. [ər.] Zorla alma, qapma, zəbt etmə, tutma, zorla mənimsəmə. □ Qəsb etmək - zorla almaq, tutmaq, tapmaq, mənimsəmək, zəbt etmək. ..Hətta bütün şimal əyalətlərini qəsb etmək istədikləri qəzetlərdə faş olunmalıdır. M.İbrahimov. Qəsb olunmaq - zorla alınmaq, zorla tutulmaq, zəbt edilmək. ..Işçilər xüsusi mülklərin zəhmətkeşlərə təqsim olunmasını tələb edirlər və belə olan surətdə mülk sahibləri razı olmayacaqlar və onlardan alınan mülklər qəsb olunacaqlar. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|