.....i_l_by_id_with_comments QƏRİBSƏMƏK sözünün izahı / QƏRİBSƏMƏK sözünün mənası

İzahlı lüğət

QƏRİBSƏMƏK

f. Özünü bir yerdə tək və kimsəsiz görüb qəmgin olmaq, qəriblik hiss etmək, darıxmaq. Bu dadlı söhbətlərin içində belə yenə də ağsaqqal həkim öz ailəsi üçün çox bərk qəribsəyir, öz Mehriban xanımı üçün bərk darıxırdı. S.Rəhimov. Mən tanıdığım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim. Mir Cəlal. Mən də sizsiz qəribsədim, uçmaq istər ruhum daha. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....