QƏRİBLİKis. 1. Yad yerdə olan, qürbətdə olan adamın halı. // Qürbət. Qəriblikdə yaşamaq. Qəriblikdə ölmək. - Qəriblik ixtiyar etməz, kimin kim, yarı yar olsa. Kişvəri. Qəriblikdə yada düşər, yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey. M.V.Vidadi. Durnalar ötüb gedir; Qəriblikdən qürbətə; Ikisi bir, üçü bir. R.Rza.
Yazıqlıq, zavallılıq, adamsızlıq, kimsəsizlik, təklik. // Hüzn, ələm, kədər, qəmginlik. Onun çıraq kimi yanan gözlərində bir qüssə, bir qəriblik vardı. M.İbrahimov. Çoxdandır tökülmüş sarı yarpaqlar; Günəşdə bu axşam bir qəriblik var. N.Rəfibəyli. □ Qəribliyə düşmək - qulaqardına vurulmaq, savılmamaq, əhəmivvət verilməmək. Sözlərinin bu cür qəribliyə düşdüyünü görüb pərt olan Güləlioğlu .. katiblə vidalaşmadan haraya isə getdi. M.Hüsevn. Qəribliyə salmaq - əhəmiyyət verməmək, qulaq asmamaq, etina etməmək, saymamaq. Qəzetimizdə “Ordan-burdan” yazan “Filankəs” in zarafatyana yazdığı sözləri hər halda qəribliyə salmaq olmaz. F.Köçərli. Bəşir müəllimin sözünü qəribliyə salmağa haqqımız yoxdur. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|