
QƏSƏMis. [ər.] And. İmanına qəsəmlə çapırsan cəmaəti; Quldurçuluq tüfəngimidir dinin, ey əmu? M.Ə.Sabir. □ Qəsəm etmək - and içmək. İstəyirsən yüz min dəfə and iç, qəsəm eylə, heç vaxt sənin sözünə inanmayacaq. C.Məmmədquluzadə. Bu barədə anamın qəbrinə də qəsəm etmişəm.. M.S.Ordubadi. Qəsəm olsun! - and olsun! Qəsəm olsun! Bu meydandan dönmərəm; Axır suda sınar suyun səhəngi. “Koroğlu” . Qəsəm olsun gələcəyə, yurdum ana torpağa! M.Rahim. // Cümlədə xəbər yerində and olsun. Aşiqəm, aşiqəm, nigarə qəsəm; O siyah çeşmi-pürxumarə qəsəm. S.Ə.Şirvani. And olsun vətənə, sənin gözünə; Anamın o təmiz südünə qəsəm. R.Rza.
Paylaşın - Hamı bilsin
|