İzahlı lüğət

QABLANMAQ (ID - 22950)

məch. 1. Qoyulmaq, kip yerləşdirilmək. Paltarlar çamadanlara qablanmışdır.
Kobudcasına bir şey üzərinə üzüqoylu düşmək, sərilmək. Hovuza qablanıb su içdi.

QABLAŞDIRILMA (ID - 22951)

“Qablaşdırılmaq” dan f.is.

QABLAŞDIRILMAQ (ID - 22952)

məch. Yerbəyer edilmək, qayda ilə yerləşdirilmək, bir şeyin içinə qoyulmaq.

QABLAŞDIRMA (ID - 22953)

"Qablaşdırmaq” dan f.is.

QABLAŞDIRMAQ (ID - 22954)

f. bax qablamaq 2-ci mənada. Novruzqulu evə qayıdıb arvada deyərdi ki, tez ol, tədarük gör, avadanlığı qablaşdır, arabalar indi gələr.. H.Sarabski.

QABLAŞMA (ID - 22955)

“Qablaşmaq” dan f.is.

QABLAŞMAQ (ID - 22956)

f. Qaba yerləşmək, yerbəyer olmaq.

QABLATDIRMA (ID - 22957)

"Qablatdırmaq” dan f.is.

QABLATDIRMAQ (ID - 22958)

icb. Üçüncü şəxs vasitəsilə qablatmaq.

QABLATMA (ID - 22959)

“Qablatmaq” dan f.is.

QABLATMAQ (ID - 22960)

icb. Qablama işi gördürmək.

QABSINDIRAN (ID - 22961)

b a x qabqıran.

QAC1 (ID - 22962)

is. dan. Düşmən, zidd, əks, müxalif. Dost dost ilə qac olmaz; Bir tikəylə ac olmaz. Aşıq Ələsgər. □ Qac düşmək (olmaq) düşmən olmaq, zidd olmaq, çəkişmək. Qafur təslim olmayır, döyüşür dalğalarla; Həyatında ilk dəfə...

QAC2 (ID - 22963)

is. məh. Yer sulamaq üçün ayrılan kiçik arx. Gəl yoldaş, çalışaq, eyləyək birlik; Arada xəndək, qac daha olmasın. Miskin Əli.

QACA (ID - 22964)

sif. Çox işlənmək nəticəsində çalaçuxur bir hala düşmüş. Qaca yol.

QACIMA (ID - 22965)

“Qacımaq” dan f.is.

QACIMAQ (ID - 22966)

f. Quruyaraq yığışmaq, bürüşmək (yaş ağac və s.).

QACINMA (ID - 22967)

“Qacınmaq” dan f.is.

QACINMAQ (ID - 22968)

f. Qollarını geriyə qanıraraq, döşü qabağa verib dərin nəfəs almaq; gərnəşmək.

QACLAŞMAQ (ID - 22969)

f. dan. Zidd olmaq, düşmən olmaq.

QACLIQ (ID - 22970)

is. dan. Zidlik, düşmənlik.

QAÇAĞAN (ID - 22971)

sif. 1. Çox bərk qaçan, itigedən, yerişi sürətli olan (at və s.). Məstan bir qaçağan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.
məc. İşlədiyi yeri tez-tez dəyişən (adam).
Adamdan hürkən, adamayovuşmaz.

QAÇAĞANLIQ (ID - 22972)

is. 1. Qaçmaq xasiyyəti.
Dovşan qorxaqlıq, qaçağanlıq əlamətidir. Ə.Vəliyev.
2. Ürkəklik, adamayovuşmazlıq.

QAÇAQ (ID - 22973)

is. 1. Çarlıq dövründə: hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adam.
Bir cinayət edib hökumətdən və ya həbsdən qaçaraq, dağda və meşələrdə yaşayıb soyğunçuluqla məşğul...

QAÇAQAÇ (ID - 22974)

sif Bir təhlükə üzündən, yaxud başqa bir səbəbə görə qorxuya düşüb, kütləvi surətdə qaçma. Birdən qaçaqaç düşdü; dedilər naçalnik gəldi. C.Məmmədquluzadə. Iki dəstə bir-birinə harada rast gəlsəydi, partapart başlanar,...

QAÇAQÇI (ID - 22975)

is. köhn. Qaçaq mal gətirməklə məşğul olan adam. [Hacı Qara:] Hamısına tövbələtmə verrəm ki, dəxi heç qaçaqçının qabağını kəsməsinlər! M.F.Axundzadə. Bu qaçaqçı seyidlər içərisində ən məşhuru və ələkeçməzi Mir...

QAÇAQÇILIQ (ID - 22976)

is. Qaçaq mal gətirməklə məşğul olma; qaçaqçının işi, peşəsi. □ Qaçaqçılıq etmək - 1) qaçaq mal gətirməklə məşğul olmaq; 2) quldurluq etmək.

QAÇAQ-QULDUR (ID - 22977)

is. Yolkəsən, qaçaq, quldur. Karvan gedir, yolda qaçaq-quldur qabağını kəsir.. Çəmənzəminli.

QAÇAQLIQ (ID - 22978)

is. 1. Quldurluq. [Bahadır:] Görünür, çoxusu aclıqdan qaçaqlıq edir. N.Nərimanov. [Hacı Murad:] Sənin yediyin .. oğurluqla, qaçaqlıqla, yetimin malını mənimsəməklə yığılıbdır.. S.S.Axundov. [Sonqulu] bir neçə il qaçaqlıq edib,...

QAÇAQMALÇI (ID - 22979)

bax qaçaqçı. Bir gün [Əhməd] qaçaqmalçı Məşədi Cavadın qızını istədi, fəqət rədd cavabını aldı. B.Talıblı.

QAÇAN (ID - 22980)

f.sif b ax qaçağan 1-ci mənada.

QAÇAN (ID - 22981)

"Haçan” sözünün qədimi forması.

QAÇARAQ (ID - 22982)

zərf Qaça-qaça, yüyürə-yüyürə; tez-tez, tez. Qaçaraq gəlmək. - [Xədicə] bərabərimə yetişincə çəpərin arxasından iki əlləri ilə boynumu qucaqlayıb qaçaraq gözdən qeyb oldu. S.Hüseyn.
□ Qaçarağa salmaq - qaçırtmaq,...

QAÇARAQLAMA (ID - 22983)

“Qaçaraqlamaq” dan f.is.

QAÇARAQLAMAQ (ID - 22984)

f Çox tez qaçmaq, yüyürmək, götürülmək, qaçaraq getmək, ya gəlmək. Bir qədərdən Məcid qaçaraqlayıb bir bağlama gətirdi. S.Rəhimov.

QAÇATBASDI (ID - 22985)

zərf dan. Çox tələsik, səbirsizliklə.

QAÇDI-TUTDU (ID - 22986)

is. Uşaq oyunlarından birinin adı. [Sevinc:] Bu nədir Qaçay? Elə bil qaçdı-tutdu oynayırsınız. Z.Xəlil.

QAÇILMAZ (ID - 22987)

sif Qaçılması mümkün olmayan; labüd. Qaçılmaz bəla - [Solmaz:] Artıq bu yaman odlardan və ölümün qaçılmaz varlığından başqa heç bir şey düşünmürəm. C.Cabbarlı.

QAÇILMAZLIQ (ID - 22988)

is. Qaçılması mümkün olmama; labüdlük.

QAÇINMA (ID - 22989)

“Qaçınmaq” dan f.is.

QAÇINMAQ (ID - 22990)

f Saqınmaq, çəkinmək, qaçmaq (4-cü mənada); uzaqlaşmaq, bir şeydən, ya bir işdən özünü kənara çəkmək.

QAÇIR(D)ILMA (ID - 22991)

“Qaçır(d)ılmaq” dan f.is.

QAÇIR(D)ILMAQ (ID - 22992)

“Qaçırmaq” dan məch. Istəkli vətən gülləri! Sizsiz yaz açılmaz; Gün çıxmasa, zülməti-şəbistan qaçırılmaz. Ə.Nəzmi.

QAÇIRMA (ID - 22993)

“Qaçırmaq” dan f.is.

QAÇIRMAQ (ID - 22994)

f 1. Birinin qaçmasına kömək etmək, yol vermək, səbəb olmaq; birini aradan çıxarmaq. Qaçmağa məcbur etmək. Düşməni qaçırmaq. // Hürkütmək. Quşları qaçırmaq.
Hüduddan gizli mal keçirmək (daxil etmək və ya çıxarmaq).
Oğurlamaq,...

QAÇIRTMA (ID - 22995)

“Qaçırtmaq” dan f.is.

QAÇIRTMAQ (ID - 22996)

QAÇIŞ (ID - 22997)

is. Qaçma, qaçmaq işi və tərzi. // idm. Qaçma yarışı. Qaçış texnikasını təkmilləşdirmək.

QAÇIŞMA (ID - 22998)

1. “Qaçışmaq” dan f.is.
2. is. Qaçma yarışı.

QAÇIŞMAQ (ID - 22999)

qarş. 1. Kütləvi halda hərə bir tərəfə qaçmaq, tez hərə bir tərəfə dağılmaq, o tərəf-bu tərəfə qaçmaq. Parapet ətrafında və Olginski küçədə olan camaat qaçışırdı. M.S.Ordubadi. Qarışdı məclis bütün; Qaçışdı...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed