
QAÇIŞMAQqarş. 1. Kütləvi halda hərə bir tərəfə qaçmaq, tez hərə bir tərəfə dağılmaq, o tərəf-bu tərəfə qaçmaq. Parapet ətrafında və Olginski küçədə olan camaat qaçışırdı. M.S.Ordubadi. Qarışdı məclis bütün; Qaçışdı rəqqasələr. Ə.Cavad. Yüzlərcə uşaqlar meydançada qaçışıb-oynaşır. Mir Cəlal.
2. Qaçışda yarışmaq. İdmançılar sürətlə qaçışırdılar. Paylaşın - Hamı bilsin
|