QİDALANDIRICI (ID - 25550)sif. Qida verən, bəsləyici, qida üçün yararlı, cana faydalı. Qidalandırıcı maddələr.
|
QİDALANDIRILMA (ID - 25551)“Qidalandırılmaq” dan f.is.
|
QİDALANDIRILMAQ (ID - 25552)məch. Qida verilmək, yedirilib-bəslənilmək; yedirilmək, bəslənmək.
|
QİDALANDIRMA (ID - 25553)“Qidalandırmaq” dan f.is.
|
QİDALANDIRMAQ (ID - 25554)f Qida vermək, yedirib-bəsləmək, yedirmək. Uşağı vaxtlıvaxtında qidalandırmalı. Bədəni qidalandıran maddələr. Mədəni gübrələr bitkiləri qidalandırır.
|
QİDALANMA (ID - 25555)“Qidalanmaq” dan f.is.
|
QİDALANMAQ (ID - 25556)f. Qida almaq, bəslənmək, qida ilə təmin olunmaq, qida kimi qəbul etmək, yeyib-içmək. Meyvə ilə qidalanmaq. Heyvanlar bitkilərdən fərqli olaraq qeyriüzvi maddələrlə qidalana bilmirlər.
|
QİDALI (ID - 25557)sif. Tərkibində bəsləyici maddələr olan, orqanizmi qidalandıran. Qidalı yemək. Qidalı yemlər. Qidalı maddələr.
|
QİDALILIQ (ID - 25558)is. Qidalı olma, bəsləyici olma; bəsləyicilik; qidalı şeyin keyfiyyəti. Yeməyin qidalılığı. Yemin qidalılığı. At südündən müalicə əhəmiyyəti və yüksək qidalılığı olan qımız hazırlanır.
|
QİDASIZ (ID - 25559)sif. Qidası olmayan, tərkibində qida maddələri olmayan və ya çox az olan. Qidasız maddə. Qidasız yemək.
|
QİDASIZLIQ (ID - 25560)is. Qidasız şeyin keyfiyyəti; qidanın, qida maddələrinin olmaması, ya azlığı.
|
QİLAF (ID - 25561)is. [ər.] Qın, silah qabı. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qılafından çıxarmaq istəyirlər. M.S.Ordubadi. // Bir şeyin üstünü örtən sərt qabıq.
|
QİLAFLI (ID - 25562)sif. Qilafı olan, qınlı.
|
QİLMAN (ID - 25563)is. [ər.] Dindarlara görə, cənnət xidmətçiləri, behişt xidmətçiləri.
|
QİLÜ QAL (ID - 25564)is. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal. Q.Zakir. Dedim: cahanda nədir bunca qilü qalə səbəb? S.Ə.Şirvani. Mən çəkdiyim xalqın qilü qalıdır. Aşıq Ələsgər....
|
QİLÜ QALÇI (ID - 25565)sif. və is. Qilü qal salan, qalmaqalçı, davakar, dava-dalaş salan, səsküy salan.
|
QİLÜ QALÇILIQ (ID - 25566)is. Qilü qal salan adamın xasiyyəti; qalmaqalçılıq, səs-küy salma, dava-dalaş salma, davakarlıq.
|
QİNA1 (ID - 25567)is. [ər.] köhn. Xanəndəlik; nəğmə, hava oxuma; vokal. Avropa səliqəsi ilə keçilən qina dərsləri oxuyanın avazını qüvvətləndirir, səsini artırır və gözəlləşdirir. Ü.Hacıbəyov.
|
QİNA2 (ID - 25568) |
QİRAƏT (ID - 25569)is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. - ..Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar. C.Məmmədquluzadə. Aqil şeri bərkdən və qiraətlə (z.) oxuyurdu. Ə.Vəliyev. // Ümumiyyətlə...
|
QİRAƏTÇİ (ID - 25570)is. Qiraətlə, mütaliə ilə məşğul olan adam; oxucu.
|
QİRAƏTXANA (ID - 25571)is. [ər. qiraət və fars. ...xanə] Qiraətlə məşğul olmaq üçün yer (bina, zal, otaq və s.). Klub qiraətxanası. Qiraətxana, axşam saat 5-dən açıqdır. Qiraətxana müdiri.
|
QİRAƏTXANAÇI (ID - 25572)is. Qiraətxana müdiri, qiraətxana işçisi.
|
QİSAS (ID - 25573)is. [ər.] İntiqam; edilmiş pisliyin, düşmənçiliyin əvəzini çıxma, qanını yerdə qoymamaq. Qisas almaq. - Bax, həmin bu otaqda od saçıb nəfəsindən; Atamın qisasını alacağam, - dedi, - mən. S.Rüstəm. Yurdumuzun qisasını yağılardan...
|
QİSASÇI (ID - 25574)is. Qisas almağa çalışan, intiqama can atan. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı; Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Şəhriyar.
|
QİSASÇILIQ (ID - 25575)is. Qisasçının niyyəti, işi, hərəkəti, qisas almağa yönəldilmiş fəaliyyət. Qisasçılıq siyasəti.
|
QİSİM (ID - 25576)is. [ər.] 1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır. İşin çox qismi görülmüşdür. - Günlərimin bir qismini də Kərim baba ilə keçirirdim. A.Şaiq. Çocuqların...
|
QİSMƏN (ID - 25577)zərf [ər.] Bir şeyin hamısı yox, bir hissəsi; tamamilə yox, bir qədəri; bir qədər. Məsələ qismən həll edildi. Ay qismən tutulmuşdur. O, qismən haqlıdır. - Ənisə çox yaxşı bilirdi ki, ər evinə getməklə istər özünün, istər...
|
QİSMƏT (ID - 25578)is. [ər.] 1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım. Sənin qismətində, deyəsən, bir gözəl var. Çəmənzəminli. Bizim qismətimiz göz yaşı deyil; Bizimdir yaşamaq, gülmək...
|
QİSSƏ (ID - 25579)is. [ər.] Rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi-siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək...
|
QİSVƏT (ID - 25580)is. 1. Kobudluq, qabalıq.
2. Daşürəklik, zalımlıq. |
QİŞA (ID - 25581)is. [ər.] anat. Canlı orqanizmin hər hansı bir hissəsinin üstünü örtən bəzi toxumaların adı; örtü, zar, pərdə, təbəqə. Beyin qişası. Ağ ciyər qişası. Selikli qişa.
|
QİŞALI (ID - 25582)sif. anat. Qişa ilə örtülmüş; pərdəli, örtülü.
|
QİTƏ (ID - 25583)is. [ər.] 1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi. Avropa başqa qitələrə nisbətən böyük deyildir. Yer kürəsi günəşdən ayrılandan və üst təbəqəsi soyuyandan...
|
QİTƏLƏRARASI (ID - 25584)sif. Yer kürəsinin qitələri arasında hərəkət edən, bir qitədən digər qitəyə, yaxud qitələrə gedib çatan. Qitələrarası raket.
|
QİYABİ (ID - 25585)sif. [ər.] 1. İşə münasibəti olan şəxsin özü olmadığı və iştirak etmədiyi halda baş verən, görülən. Qiyabi mühakimə. Qiyabi hökm. Qiyabi tanışlıq. İşə qiyabi (z.) baxmaq.
2. Mühazirələri müntəzəm dinləmədən, müəllimlə... |
QİYABİÇİ (ID - 25586)is. və sif. Qiyabi təhsil alan (tələbə).
|
QİYAFƏ (ID - 25587)[ər.] bax qiyafət. Hələ içəridə qrim vurub, qiyafəsini dəyişdirib qapıdan çıxanda tanıya bilsən, qoçaqsan! - dedi. A.Şaiq. Sizin .. əlbisəniz və qiyafəniz elə təsir bağışlayırdı ki, mühitin ruhunu təhlil etmiş, onun məfkurəsini...
|
QİYAFƏT (ID - 25588)is. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü. M.S.Ordubadi. // Bir adamın zahiri görünüşü, surəti; görkəm. [Bəhram:] Əvvəl sən belə deyildin, mən...
|
QİYAQ (ID - 25589)is. bot. Nazik şüy şəklində bitən yarpaqsız ot bitki. [Tarverdi] .. yaşıl qiyağa qarışmış ala, qırmızı çiçəkləri yerə tökürdü. S.Rəhimov. Çayların üstündə əmələ gələn qara qiyaqların yalnız boynu burulur, çayırların...
|
QİYAM (ID - 25590)is. [ər.] 1. Özbaşına, qeyri-mütəşəkkil üsyan, hakimiyyətə qarşı silahlı çıxış; bunt. Atabəyin xəstə yatdığı şayiələri məmləkətə yayıldığı vaxt, bir çox evlərdə üsyan və qiyamlar başlayırdı. M.S.Ordubadi. □...
|
QİYAMÇI (ID - 25591)is. Qiyam edən, qiyamda iştirak edən adam; üsyançı. [Sədr:] Müttəhim Baxşının qiyamçılar təşkilatlarına mənsub olması haqqında sizin əlinizdə başqa bir sübut varmı? C.Cabbarlı.
|
QİYAMÇILIQ (ID - 25592)is. Qiyamda iştirak etmə, qiyam hərəkatı.
|
QİYAMƏT (ID - 25593)is. [ər.] 1. Dini etiqadlara görə axırzamanda aləm dağıldıqdan sonra bütün ölülərin dirilib qalxması; məhşər günü. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı; xeyr, əstəğfürullah, azan verməyi məhz savab...
|
QİYAS (ID - 25594)is. [ər.] 1. Məntiqdə: bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə.
2. Zənn, güman, təxmin. [Molla Salman:] Hacı Nuru, sənin qiyasına görə, mən gərək Qarun olaydım; bəs... |
QİYƏ (ID - 25595)is. [ər.] köhn. Üç girvənkəyə bərabər köhnə ölçü vahidi. Biz bir qiyə buğdanı min hiylə ilə ələ keçirdiyimiz halda, onların payız və qış ərzaqları anbarda hazırdır. M.S.Ordubadi.
|
QİYMƏ (ID - 25596)is. 1. Çox xırda döyülmüş ət. Qiymə etmək - qiymələmək, çox narın döymək. Əti qiymə edib qızartmaq.
2. Xırda döyülmüş ətdən hazırlanmış xörək. □ (Ətini) qiymə çəkmək məc. - tikə-tikə doğramaq. Anacan, ..... |
QİYMƏBALIQ (ID - 25597)is. aşp. İçinə yumurta, soğan və s.-dən hazırlanmış qiymə qoyulmuş balıq (xörək).
|
QİYMƏÇIĞIRTMA (ID - 25598)is. aşp. Soğan, istiot və zəfəran qarışdırılıb qovrulmuş və üzərinə yumurta vurulmuş qiyməli ət xörəyi.
|
QİYMƏKEŞ (ID - 25599)is. [qiymə və fars. ...keş] Əti narın döymək üçün kəsici alət, böyük ağır bıçaq.
|
Bu səhifə dəfə baxılıb