QİLÜ QALis. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal. Q.Zakir. Dedim: cahanda nədir bunca qilü qalə səbəb? S.Ə.Şirvani. Mən çəkdiyim xalqın qilü qalıdır. Aşıq Ələsgər. // Dava, dalaşma, qalmaqal, səs-küy, çığır-bağır. Iskəndər bir söz deməyib bir qədər fikirli durur. Bu hində eşikdə qilü qal və qaçhaqaç qopur. C.Məmmədquluzadə. Ancaq bizi qorxuda bilməz bu qilü qal. R.Rza. Ilan vuran ala çatıdan qorxan kimi, Güllü arvadın gözləri də qilü qaldan bərk qorxmuşdu. S.Rəhimov. □ Qilü qal etmək (salmaq) - səs-küy salmaq, dalaşmaq.
Amma uşaq-muşaqlar samanlığa doluşub çox qilü qal salırdılar. Qantəmir. Paylaşın - Hamı bilsin
|