
QİYMƏis. 1. Çox xırda döyülmüş ət. Qiymə etmək - qiymələmək, çox narın döymək. Əti qiymə edib qızartmaq.
2. Xırda döyülmüş ətdən hazırlanmış xörək. □ (Ətini) qiymə çəkmək məc. - tikə-tikə doğramaq. Anacan, .. məni çəngələ asacaqlar, ətimi qiymə çəkəcəklər. M.Rzaquluzadə. qiymə-qiymə zərf Xırda-xırda, tikə-tikə. Əti qiymə-qiymə doğramaq. - [Ələmdar:] Bu ikiağızlı qılıncımla onu qiymə-qiymə doğraram! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|