QIŞQIRTI (ID - 25350)is. Qışqırıq, çığırtı, bağırtı; qışqırıq səsi. Balaca uşaqlar .. biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Ə.Haqverdiyev. Elə bu zaman səbir kasası aşıb-daşan Zərrintac xanımın qışqırtısı bütün...
|
QIŞQIRTMA (ID - 25351)“Qışqırtmaq” dan f.is.
|
QIŞQIRTMAQ (ID - 25352)icb. Birinin qışqırmasına, bağırmasına, çığırmasına səbəb olmaq; bağırtmaq.
|
QIŞLA (ID - 25353)is. 1. Əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma. 0əhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. M.S.Ordubadi. Bu, qışladan bir neçə yüz metr qədər dalda olan bacanın suyu idi. Ə.Əbülhəsən.
Fabriklər... |
QIŞLAQ (ID - 25354)is. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. Heyvanlar yaylaqdan qışlağa köçdü. // Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. Əvvəlinci məclis Qarabağ vilayətində...
|
QIŞLAMA (ID - 25355)“Qışlamaq” dan f.is.
|
QIŞLAMAQ (ID - 25356)f. Qışı bir yerdə keçirmək. Qoyunlar aranda qışladı. - Qaçarlar isti yerlərə tamam quşlar ol zaman; Bizimlə qışlayar fəqət dolaşa, sərçə, sağsağan. A.Səhhət. [Pinəçi Qafar:] Bu qışı burada qışlamasam, mədarım keçməz....
|
QIŞLIQ (ID - 25357)sif. Qışa, qış fəslinə məxsus, qış üçün ayrılmış, yaxud bir qışa çatacaq qədər olan. Qışlıq azuqə. Qışlıq odun. Qışlıq paltar.
|
QIŞOTU (ID - 25358)is. bot. Qışlaqlarda, şoranlıqlarda bitən birillik yem bitkisi.
|
QIT (ID - 25359)sif. Tapılmayan, qəhət, yox dərəcəsində az. Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz. Xəstə Qasım. □ Qıt olmaq - tapılmamaq, tapılmayacaq dərəcədə az olmaq, qıtlaşmaq.
|
QITIQOTU (ID - 25360)is. bot. Tərkibində efir yağı olan iriköklü bitki. // Bu bitkinin xörəyə qatılıb yeyilən kökü.
|
QITLAŞDIRMA (ID - 25361)“Qıtlaşdırmaq” dan f.is.
|
QITLAŞDIRMAQ (ID - 25362)f. Tapılmayacaq bir hala gətirmək, bir şeyin tapılmamasına, son dərəcə azalmasına, qəhətliyə səbəb olmaq.
|
QITLAŞMA (ID - 25363)“Qıtlaşmaq” dan f.is.
|
QITLAŞMAQ (ID - 25364)f. Tapılmaz hala gəlmək, yox olmaq, çatışmamaq, qəhətləşmək, tapılmayacaq dərəcədə azalmaq.
|
QITLIQ (ID - 25365)bax qəhətlik. ..Qəzvinin ətrafında suyun qıtlığı cəhəti ilə əksəri-məhsulat yanıb əmələ gəlməmişdi. M.F.Axundzadə. Bunlar çox zaman qapı qabağında görünürlər, .. qıtlıqdan, zülmdən, zalımdan söhbət edirlər. S.Rəhimov....
|
QIVIRCIQ (ID - 25366)sif. Qıvrım halda olan. Qıvırcıq saç. Quzunun gör nə qıvırcıq dərisi var!
..Bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara .. daha ziyada məftuniyyət göstərir. A.Şaiq. Gündüz o küçələrdə, gur saçları qıvırcıq;... |
QIVIRCIQLANMA (ID - 25367)“Qıvırcıqlanmaq” dan f.is.
|
QIVIRCIQLANMAQ (ID - 25368)f Qıvırcıq hala gəlmək, qıvrım-qıvrım olmaq, buruq-buruq olmaq.
|
QIVIRCIQSAÇ(LI) (ID - 25369)bax qıvrımsaç(lı).
Söylə görək, Beyrək adlı, boylu-buxunlu, qara, qıvırcıqsaçlı .. bir igid görmədinmi? M.Rzaquluzadə. |
QIVIRCIQTEL(Lİ) (ID - 25370)bax qıvrımsaç(lı).
|
QIVIRCIQTÜKLÜ (ID - 25371)sif. Tükləri qıvrımqıvrım olan. [O] qıvırcıqtüklü papağını boynunun ardına sarı itələyib, ucları kəsik qara kəkilini alnından gözünün üstünə tökmüşdü. M.Hüseyn.
|
QIVRAQ (ID - 25372)sif. 1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. - Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş,...
|
QIVRAQLANMA (ID - 25373)“Qıvraqlanmaq” dan f.is.
|
QIVRAQLANMAQ (ID - 25374)b a x qıvraqlaşmaq.
|
QIVRAQLAŞMA (ID - 25375)“Qıvraqlaşmaq” dan f.is.
|
QIVRAQLAŞMAQ (ID - 25376)f. 1. Sağlamlaşmaq, yaxşılaşmaq, sağalmaq, gümrahlaşmaq. İstirahətdən sonra xeyli qıvraqlaşıbdır.
Yüngülləşmək. Geyinmək, üst-başını səliqəyə salmaq, düzəltmək. [Xeyransa:] Hə... hə... hə... yaxşı deyirsən. Bir... |
QIVRAQLIQ (ID - 25377)is. Qıvraq adamın halı; sağlamlıq, yüngüllük, çeviklik.
|
QIVRANMA (ID - 25378)“Qıvranmaq” dan f.is.
|
QIVRANMAQ (ID - 25379)bax qıvrılmaq 3-cü mənada. [Qəhrəman] ümidsiz-ümidsiz qıvranır və yerində yatırdı. S.Rəhimov.
|
QIVRIQ (ID - 25380)sif. Qıvrılmış, qıvrılmış halda olan, qıvrım, buruq-buruq. Qıvrıq saç.
|
QIVRILIŞ (ID - 25381)is. Qıvrılma, qıvrılma tərzi.
|
QIVRILMA (ID - 25382)“Qıvrılmaq” dan f.is.
|
QIVRILMAQ (ID - 25383)f. 1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. Saçları qıvrılmaq. - Onun .. bir tutumluq ağ saqqalı ətsiz çənəsi üzərindən boğazına doğru qıvrılaraq uzanmışdı. A.Şaiq. [Tutubəyimin] iri hörüyü...
|
QIVRILMIŞ (ID - 25384)fi.sif. Qıvrım; qıvrım hala düşmüş. Kişinin üz-gözünü qıvrılmış qara tük basmış, yanaqlarını və alnını sarı bir ləkə tutmuşdu. S.Rəhimov.
|
QIVRILTMA (ID - 25385)“Qıvrıltmaq” dan f.is.
|
QIVRILTMAQ (ID - 25386)f. Qıvrıq hala gətirmək, qıvrılmış hala salmaq.
|
QIVRIM (ID - 25387)1. sif. b ax qıvrıq. Qıvrım o saçın müşkə qalib gəlib aləmdə. Heyran xanım. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Qızın qıvrım saçları yastığa dağılmışdı. M.Hüseyn. // Spiral şəklində olan; buruq,...
|
QIVRIMLAŞDIRILMA (ID - 25388)“Qıvrımlaşdırılmaq” dan f.is.
|
QIVRIMLAŞDIRILMAQ (ID - 25389)məch. Qıvrımqıvrım edilmək, qıvrım hala salınmaq; buruqburuq edilmək.
|
QIVRIMLAŞDIRMA (ID - 25390)“Qıvrımlaşdırmaq” dan f.is.
|
QIVRIMLAŞDIRMAQ (ID - 25391)f. Qıvrım-qıvrım etmək, qıvrım hala salmaq, buruq-buruq etmək.
|
QIVRIMLAŞMA (ID - 25392)"Qıvrımlaşmaq” dan f.is.
|
QIVRIMLAŞMAQ (ID - 25393)f. Qıvrım-qıvrım olmaq, qıvırcıq hala düşmək, buruq-buruq olmaq.
|
QIVRIMLI (ID - 25394)sif. Qıvrımları olan, qıvrım. // Əyri-üyrü, buruq-buruq. ..Bu qıvrımlıyollar, yerli dildə desək, qıvraq kəndlilərin ayağına dolaşır. Mir Cəlal.
|
QIVRIMLIQ (ID - 25395)is. Qıvrım şeyin halı. Qoyunların yemi kifayət qədər olmayanda, yunun uzanması ləngiyir və keyfiyyəti də pisləşir; möhkəmliyi, uzunluğu, nazikliyi və qıvrımlığı pisləşir. “Zootexniya” .
|
QIVRIMSAÇ(LI) (ID - 25396)sif. Saçları qıvrım olan, buruqsaçlı. Qaragöz, qıvrımsaç qız güzgünü Nərimandan almadı. Mir Cəlal.
|
QIVRIMSAQQAL (ID - 25397)sif. Saqqalının tükləri qıvrım (qıvırcıq) olan.
|
QIVRINTI (ID - 25398)is. Bir şeyin qıvrılmış, burulmuş yeri, bükük yeri, qıvrıq yeri.
|
QIVRIŞMAQ (ID - 25399)bax qıvrılmaq.
|
Bu səhifə dəfə baxılıb