QƏMLƏNMƏ (ID - 24650)“Qəmlənmək” dən f.is.
|
QƏMLƏNMƏK (ID - 24651)f. Kədərlənmək, məyus olmaq, qəmə batmaq.
|
QƏMLİ (ID - 24652)sif. bax qəmgin. Qəmli adam. Qəmli baxışlar. Qəmli nəğmə. - Çoxçoxdandır qəmli könlüm şad olmaz; Məgər əsməz dost kuyində yellər heç. M.V.Vidadi. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr...
|
QƏMLİLİK (ID - 24653)is. Qəmli adamın halı.
|
QƏMNAK (ID - 24654)[ər. qəm və fars. ...nak] klas. bax qəmgin. Bir nalə qılan var dili-qəmnakdən özgə? S.Ə.Şirvani. □ Qəmnak etmək - qəmləndirmək, kədərləndirmək. Tərki-mey əmrilə qəmnak etmə, ey vaiz, bizi. S.Ə.Şirvani. Qəmnak olmaq - qəmlənmək,...
|
QƏMSİZ (ID - 24655)sif. və zərf Heç bir qəmi, dərdi, kədəri, qayğısı olmayan. Qəmsiz adam. - O qəmsiz, qüssəsiz, o xoşbəxt üzü; Mənim ilhamıma yaxındır, düzü... S.Vurğun. Axirəti olanların dünyası qəmsiz olmayıb; Seldi, gələr, axar, keçər,...
|
QƏMSİZLİK (ID - 24656)is. Qəm, kədər, dərd, qayğı olmadığı hal.
|
QƏMZƏ (ID - 24657)is. [ər.] Naz, şivə, süzgün baxış, şivəli baxış. Əqlü huşum mənim, fikrü xəyalım; Şux gözdə, qəmzədə bəstədir, ay qız! M.P.Vaqif. Gələndə mürğdilim ğəm gölündə pərvazə; Xədəngi-qəmzə ilə həm şikar edən sən...
|
QƏMZƏDƏ (ID - 24658)sif. [ər. qəm və fars. ...zədə] klas. Qəmli, kədərli; bədbəxt, vazıq. Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər; Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim. Füzuli. Bəzm əhli dikibdir sənə yeksər gözün, amma; Gözlə...
|
QƏMZƏDƏLİK (ID - 24659)is. Qəmlilik, kədərlilik; bədbəxtlik.
|
QƏMZƏKAR (ID - 24660)[ər. qəmzə və fars. kar] bax qəmzəli.
|
QƏMZƏLİ (ID - 24661)sif. Naz verən, nazlı, şivəli. Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım. Hər yanaqda qızılgülün rəngi var; Hansı...
|
QƏNAƏT (ID - 24662)is. [ər.] 1. Bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmə, artıq işlətməmə, israf etməmə. Qənaət etmək. Qənaət üsulu. Materiala, yanacağa və elektrik enerjisinə qənaət edin! Sahələrin düzgün hamarlanması .. suvarma...
|
QƏNAƏTBƏXŞ (ID - 24663)sif. [ər. qənaət və fars. ...bəxş] Qənaətləndirici, kifayətləndirici, qaneedici. Qənaətbəxş iş. Qənaətbəxş cavab.
[Fəxrəddin:] Məktub olduqca qənaətbəxş bir məktubdur. M.S.Ordubadi. // Zərf mənasında. Yerli komitənin... |
QƏNAƏTCİL (ID - 24664)sif. 1. Hər şeyə qənaət edən, azla kifayətlənən. Qənaətcil adam. - Müdrik adamlar deyiblər: “Abadlıq istəyirsinizsə, çalışqan olun, dövlət istəyirsinizsə, qənaətcil olun, çox dost istəyirsinizsə təvazökar olun” . “Qabusnamə”...
|
QƏNAƏTCİLLİK (ID - 24665)is. Hər şeyə qənaət etmə, azla kifayətlənmə.
|
QƏNAƏTÇİ (ID - 24666)sif. və is. Qənaət edən, israf etməyən, israfçılığa yol verməvən; azla kifayətlənən, hər şeyi qənaətlə işlədən.
|
QƏNAƏTÇİLİK (ID - 24667)is. Qənaət etmə, israfçılığa yol verməmə, hər şeyi qənaətlə işlətmə; az bir şeylə kifayətlənmə.
|
QƏNAƏTKAR (ID - 24668)sif. [ər. qənaət və fars. ...kar] Hər şeyi qənaətlə, sərfəli işlədən, Hər şeyə qənaət edən, qənaətlə dolanan; qənaətcil. Qənaətkar adam. - [Gülbala] öz sənətini sevən, son dərəcədə qənaətkar, ağırtəbiətli bir...
|
QƏNAƏTKARANƏ (ID - 24669)zərf [ər. qənaət və fars. ...karanə] Qənaətkarcasına, qənaətkarlıqla, qənaətlə, azla kifayətlənərək.
|
QƏNAƏTKARLIQ (ID - 24670)is. Qənaət etmə; bir şeyi qənaətlə, ehtiyatla, sərfəli işlətmə, qənaətlə dolanma; qənaətcillik. [Mehriban] .. uşaqlarını və evini sevə bilir. Qənaətkarlığı da bacarır. S.Hüseyn.
|
QƏNAƏTLƏNDİRİCİ (ID - 24671)sif. Qaneedici, kifayətləndirici, inandırıcı. Qənaətləndirici cavab. Qənaətləndirici nəticə. Qənaətləndirici iş.
|
QƏNAƏTLƏNDİRİCİLİK (ID - 24672)is. Qane edicilik, kifayətləndiricilik; inandırıcılıq. Cavabın qənaətləndiriciliyi.
|
QƏNAƏTLƏNDİRMƏ (ID - 24673)“Qənaətləndirmək” dən f.is.
|
QƏNAƏTLƏNDİRMƏK (ID - 24674)f. Kifayətləndirmək, qane etmək; inandırmaq, razı salmaq, təmin etmək. Onun cavabı məni qənaətləndirmədi. Göstərilən səbəblər heç kəsi qənaətləndirə bilməz. - Hacı Səməd xan məni çox diqqətlə dinləyirdi. Sözlər onu...
|
QƏNAƏTLƏNMƏ (ID - 24675)“Qənaətlənmək” dən f.is.
|
QƏNAƏTLƏNMƏK (ID - 24676)f. 1. Kifayətlənmək, qane olmaq; aza qane olmaq.
2. Az şeylə kifayətlənmək. |
QƏNAƏTLİ (ID - 24677)sif. 1. Qənaət verən, kifayət edən, qənaətləndirici.
2. Kifayətlənən; aza qane olan. |
QƏNAƏTLİLİK (ID - 24678)is. Qənaət etmə, kifayətlənmə; aza qane olma, az bir şeylə kifayətlənmə.
|
QƏNAƏTSİZ (ID - 24679)sif. Qənaət etməyən, qənaət gözləməyən; israfcıl. Qənaətsiz adam. - Qənaətsiz qənaətdən; Təntənəli cəhalətdən yorulmadın? R.Rza.
|
QƏNAƏTSİZLİK (ID - 24680)is. Qənaət etməmə, hər şeyi qənaətsiz, sərfəsiz işlətmə; israfçılıq.
|
QƏNARƏ (ID - 24681)is. Kəsilmiş heyvanlarm cəmdəyini asmaq üçün iri qarmaq. Əti qənarədən asmaq. - Qurban götür kəs məni; Qənarədən as məni; Al könlümü, saz eylə; Sinən üstə bas məni. (Bayatı).
|
QƏNBƏR (ID - 24682)is. məh. Çaydaşı, küçələrə döşənən daş. [Səttar:] Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı, kimsə orda qənbərdən bir daxma tikib, amma içində heç kim olmur.....
|
QƏNBƏRQULU (ID - 24683)is. dan. Cəncəl, əngəl, xata. Bu işin qənbərqulusu var. - [Xaspolad:] İnsanın gərək zatında qənbərqulu olmasın. C.Cabbarlı.
□ (İçindən) qənbərqulu çıxmaq - xata çıxmaq, arzuedilməz bir iş çıxmaq. [Mehdi bəy:] Ağızdır,... |
QƏNBƏRLİK (ID - 24684)is. məh. Qənbər döşənmiş yer.
|
QƏND (ID - 24685)is. [ər.] Şəkər çuğunduru və ya şəkər qamışından hasil edilən ağ kristal şəklində şirin qida maddəsi; şəkər. Parça qənd. Tikə qənd (doğranmış halda olan qənd). Kəllə qənd (kəllə şəklində istehsal olunan qənd). //...
|
QƏNDAB (ID - 24686)is. [ər. qənd və fars. ab] Şərbət. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Təkyələrdə çay və qəndab sel kimi axırdı. Ə.Haqverdiyev. // məc. Çox şirin şey haqqında. Ey dəhani...
|
QƏNDABİ (ID - 24687)sif. [ər. qənd və fars. abi] Şərbətli, şirin, şirni qatılmış. [Ağa Mərdan:] Ağa Kərim, bizim nökərlərdən birisini göndər, bazardan çilovpəzdən 4 nəfər üçün .. qəndabi çilov gətirsin. M.F.Axundzadə.
|
QƏNDDAN (ID - 24688)[ər. qənd və fars. ...dan] bax qəndqabı. ..Dördkünc ağ qənddanlar bahalı konfet və şirni ilə doldurulmuşdu. Ə.Vəliyev.
|
QƏNDDİŞLƏYƏN (ID - 24689)bax qənddoğrayan.
|
QƏNDDOĞRAYAN (ID - 24690)is. Qənd doğramaq üçün kəlbətin.
|
QƏNDİL (ID - 24691)is. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asılmış beşçıraqlı...
|
QƏNDİLLİ (ID - 24692)sif. Qəndilləri olan, qəndillər asılmış, qəndillərlə bəzədilmiş və işıqlandırılmış.
|
QƏNDQABI (ID - 24693)is. Qənd qoymaq üçün qab; qənddan. Şəbanın evini alt-üst etdilər. Həqiqət.. iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı. Ə.Haqverdiyev.
|
QƏNDQIRAN (ID - 24694)bax qənddoğrayan.
|
QƏNDSINDIRAN (ID - 24695)bax qənddoğrayan.
|
QƏNƏPƏ (ID - 24696)[əsli fr.] köhn. Taxt, divan. İskəndər görüşüb, yumşaq qənəpənin üstündə oturdu. Çəmənzəminli.
|
QƏNİ (ID - 24697)sif. [ər.] köhn. Varlı, dövlətli, zəngin. Vəslindən oldum çün qəni, bən mülkü malı neylərəm. Nəsimi. Aç kiseyi-səxavətüvün bəndin, ey qəni! M.Möcüz. Məclis vaqe olur qəni və Avropa qaydası ilə bəzənmiş Saranın otağında....
|
QƏNİM (ID - 24698)is. [ər.] Düşmən. Hay-hay deyib qənim üstə varanda; Kəllə gərək bu meydanda qalanı. “Koroğlu” . Bax, bizim qənimimiz indiyədək bizi əsarətdə saxlayan həmin çarşab olubdur. C.Məmmədquluzadə. // Birinin öhdəsindən gələn,...
|
QƏNİMƏT (ID - 24699)is. [ər.] 1. Müharibədə düşməndən alınan hər cür şey. Atlı bölüklər meydandan çapıb keçərkən dünənki döyüşdə düşməndən qənimət aldıqları qara bayraqları ağ daşdan tikilmiş 7 zəfər sütunu önündəyerə atırdılar......
|
Bu səhifə dəfə baxılıb