
QƏMZƏLİsif. Naz verən, nazlı, şivəli. Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Ziba nimtənəli, tikmə köynəkli; Gözləri qəmzəli, qallı sənəm, gəl! Xəstə Qasım. Hər yanaqda qızılgülün rəngi var; Hansı iyid ürəyinə ox olub; Sanılmayıb o qəmzəli baxışlar. R.Rza.
Paylaşın - Hamı bilsin
|