
QƏNDABis. [ər. qənd və fars. ab] Şərbət. Çavuş qəndabı içib corabı aldı və qoydu atının tərkindəki xurcuna. C.Məmmədquluzadə. Təkyələrdə çay və qəndab sel kimi axırdı. Ə.Haqverdiyev. // məc. Çox şirin şey haqqında. Ey dəhani şəkər, ləbləri qəndab! M.P.Vaqif.
Paylaşın - Hamı bilsin
|