
QƏNDİLis. [ər.] Asma lampa. Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı. M.S.Ordubadi. Oğlan cəld onu [qadını] qaldırıb əmr etdi ki, tavandan asılmış beşçıraqlı qəndili düşürüb ona versinlər. Ə.Haqverdiyev. Küncdə yanan qəndilin zəif titrək işığında zirzəmi hərəkət edən kölgələrlə dolu görünürdü. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|