QƏMLİsif. bax qəmgin. Qəmli adam. Qəmli baxışlar. Qəmli nəğmə. - Çoxçoxdandır qəmli könlüm şad olmaz; Məgər əsməz dost kuyində yellər heç. M.V.Vidadi. Birdən-birə göründü gözə bir xərabəzar; Görsən nə qəmli mənzərələr aşkar idi. M.Hadi. Hüseyn günəşə baxaraq, nə isə qəmli, dərin şeylər düşünürdü. S.Rəhman.
qəmli-qəmli zərf bax qəmgin-qəmgin. Qızına qəmli-qəmli; Danışır həyatını; Küskün xatıratını.. M.Müşfiq. Paylaşın - Hamı bilsin
|