İzahlı lüğət

QAYAQAPAN (ID - 24050)

is. məh. Kərtənkələ.

QAYALIQ (ID - 24051)

is. Qaya olan yer, qaya. Çıxalım Buzovnada kiçik qayalıqlara; Seyr edəlim bir ara. M.Müşfiq. Bir az kənarda qayalıqlar gözə dəyir. M.İbrahimov. Gün çıxanda Rüstəm qayalıq və meşəliyin arası ilə irəliləyir, zümzümə edirdi....

QAYAYARPAĞI (ID - 24052)

is. məh. bot. Xörəyə işlənən iri, yaşıl yarpağı olan qaya bitkisi.

QAYÇI (ID - 24053)

is. 1. Ortadan qadaqla bir-birinə çarpaz bənd edilmiş iki hissədən ibarət kəsici alət. Dərzi qayçısı. Dəllək qayçısı. Bağban qayçısı. - ..Tütünçüoğlu ülgüc və qayçını çıxarıb Molla Qurbanın bığlarını və saqqalını...

QAYÇIBATMAZ (ID - 24054)

is. bax qayçıkəsməz 2-ci mənada.

QAYÇIGÖRMƏMİŞ (ID - 24055)

sif. dan. Kəsilməmiş, işlənməmiş, bütöv halda qalmış.

QAYÇIKƏSƏN (ID - 24056)

is. zool. Torpaq altında yaşayan, baş tərəfində mişar kimi dişləri olan qayçıya bənzər bir qurd, böcək.

QAYÇIKƏSMƏZ (ID - 24057)

is. 1. etnoqr. Köhnə məişətdə: toy paltarlarını kəsmək əsnasında düşərlik olaraq istənilən qayçı haqqı, parça, xələt və s.
Yerliyi bərk, parlaq, şax ipək parça. ..Nə bilim kimin arvadı qayçıkəsməzdən tuman tikib....

QAYÇILAMA (ID - 24058)

“Qayçılamaq” dan f.is.

QAYÇILAMAQ (ID - 24059)

f. Qayçı ilə kəsmək, qayçı ilə üzdən götürmək; qayçı ilə budamaq. Uşağın saçlarını qayçılamaq. Bağban ağacın quru budaqlarını qayçıladı. Qoyunun yununu qayçılamaq. - [Xortdan:] Bunu deyib, öz əli ilə Nəsrəddin şahın...

QAYÇILANMA (ID - 24060)

“Qayçılanmaq” dan f.is.

QAYÇILANMAQ (ID - 24061)

məch. Qayçı ilə kəsilmək, vurulmaq, budanmaq. Ağacın budaqları qayçılanmalıdır.

QAYÇILATMA (ID - 24062)

“Qayçılatmaq” dan f.is.

QAYÇILATMAQ (ID - 24063)

icb. Qayçı ilə kəsdirmək, vurdurmaq, budatmaq. Artıq saçı qayçılatmaq. Meynələri qayçılatmaq.

QAYDA (ID - 24064)

is. [ər.] 1. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Qaydaya salmaq. Şeyləri qaydada saxlamaq. Qayda yaratmaq. Otaq tam qaydadadır.
Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s....

QAYDA-QANUN (ID - 24065)

is. Nizam və intizam; üsul, qayda. Qayda-qanun qoymaq. Qaydaqanunu pozmaq. Qayda-qanun gözləmək. [Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm. Oranın öz qayda-qanunu var. M.Hüsevn. // Əvvəlcədən qəbul edilmiş, ənənə halını...

QAYDALI (ID - 24066)

sif. Qavdava, üsula müvafiq; səliqəli, müntəzəm, düzgün, yaxşı düzəldilmiş. Qaydalı iş. Qaydalı otaq. Qaydalı hərəkət. Qaydalı (z.) otur. - Ağcaxanım da oynamağa başladı. Bunun oynamağı gözəl və qaydalı (z.) idi. S.S.Axundov....

QAYDAMAQ (ID - 24067)

[pol., əsli türk.] tar. 1. XVIIXVIII əsrlərdə polvak mülkədarları əleyhinə üsyanda iştirak etmiş ukraynalı kazak.
2. 1918-ci ildə Ukraynada vətəndaş müharibəsi dövründə: müxtəlif əksinqilabçı dəstələrin əsgəri.

QAYDASIZ (ID - 24068)

sif. Nizamsız, səliqəsiz, tərtibsiz, pozğun, düzgün olmayan. Qaydasız iş. Qaydasız hərəkət. Qaydasız yeriş. - Təcrübədən bilirik ki, məhsulun qaydasız (z.) yığılması .. böyük zərər vurur. Ə.Vəliyev.

QAYDASIZLI Q (ID - 24069)

is. Qayda və nizam olmaması, səliqəsizlik, nizamsızlıq, pozğunluq.

QAYƏ (ID - 24070)

is. [ər.] Yüksək məqsəd; bir işin, təşəbbüsün son məqsədi. [Məhərrəm] çalışmaq, çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Şaiq. Insanlara bəxtiyarlıq, ağgün, səadət!...

QAYƏSİZ (ID - 24071)

sif. Heç bir qayəsi olmayan, qarşısına heç bir yüksək məqsəd qoymayan; məqsədsiz. Qayəsiz, məqsədsiz keçən bir insan ömrü ona [Kərimxana] bir heyvan həyatından fərqli görünmürdü. M.İbrahimov.

QAYƏSİZLİK (ID - 24072)

is. Heç bir qayəsi, məqsədi olmama; məqsədsizlik. Əmirxanı qayəsizlik yerdən qopardı; Aqronomluq sənətinə getmədi daha. S.Vurğun.

QAYƏT (ID - 24073)

zərf [ər.] köhn. Çox, son dərəcə, nəhayət dərəcədə, olduqca. Qayət şərm ilə və ahəstə səs ilə ərz etdilər. M.F.Axundzadə. Əvvəl zaman kürreyi-ərzin qabığı qayət nazik olub. H.Zərdabi. Doğrudan da Aslan qayət qəyur,...

QAYĞANAQ (ID - 24074)

is. Çalınıb və ya bütöv halda vağda bişirilmiş yumurtadan ibarət yemək. Məşədi Imaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə.

QAYĞI (ID - 24075)

is. 1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma. Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi...

QAYĞIBİLMƏZ (ID - 24076)

sif. Dərdi, kədəri, qarğışı olmayan; xoşbəxt, məsud. Sən bu sərbəst göylərin, sərbəstcə yıldızısan; Qayğısız bir ölkənin, qayğıbilməz qızısan! Ə.Cavad.

QAYĞICIL (ID - 24077)

sif. Çox qayğıya qalan, çox qayğıkeş.

QAYĞICILLIQ (ID - 24078)

is. Qayğıkeşlik, qeydkeşlik.

QAYĞIKEŞ (ID - 24079)

sif. Qayğı çəkən, qayğı göstərən, qayğıya qalan. Əli dayandı, sifətinə qayğıkeş bir görkəm verdi. İ.Şıxlı. Fədakar, qayğıkeş bağbanı varsa; Bir gülü solsa da, min gül bitirər. Şəhriyar.

QAYĞIKEŞLİK (ID - 24080)

is. Qayğı çəkmə, qeydə qalma, qeydkeşlik. Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir-iki dəfə qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü dəfə icazə ver getsin. “Qabusnamə” .

QAYĞILI (ID - 24081)

sif. 1. Qayğısı olan, qayğı çəkən. Qayğılı ana. - Qayğılıya söhbət haramdır. (Ata. sözü). // Qayğıkeş. Sevən həm qayğılı, həm də qayğısız; Sevin - səninkidir bu boyda aləm. M.Araz.
2. Qəmli, kədərli, qüssəli,...

QAYĞISIZ (ID - 24082)

sif. 1. Fikri, qayğısı olmayan, heç bir şeyin fikrini, qeydini çəkməyən; fikirsiz, laqeyd. [Kərim xan] Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. M.İbrahimov.
Qəmsiz, kədərsiz,...

QAYĞISIZCA (ID - 24083)

zərf Qayğısız, fikirsiz; laqeyd surətdə. Qayğısızca ətrafa göz gəzdirmək.

QAYĞISIZLIQ (ID - 24084)

is. Həyatda hər şeyə qayğısız münasibət; laqeydlik, qeydsizlik. Bütün o qayğısızlıq pərdəsi altında sevən qız qəlbi nə qədər böyük və fədakar bir məhəbbət əzizləyib bəsləmişdir. Ə.Məmmədxanlı.

QAYIDAN (ID - 24085)

f.sif. xüs. Geri dönən, inikas edən. Qayıdan tənlik (riyaz.). Qayıdan şüa. Nədir günahınız, açıq danışın; Üstümə qayıdan yazılarım, siz! Hansı bir naşının, bir ağlı çaşın; Ələk baxışından keçməmisiniz?! M.Araz.

QAYIDIŞ (ID - 24086)

f.is. Qayıtmaq işi. [Konduktor:] Müharibə vaxtı Bakıya gəlməmişsiniz? [Nəriman:] İlk qayıdışımdır. Mir Cəlal. Gördülər qayıdıb Qafur döyüşdən; ..Gördüləryollar da çən-duman deyil; Bu toylu-düyünlü qayıdış üçün;...

QAYIQ (ID - 24087)

is. 1. Su nəqliyyat vasitəsi. Motorlu qayıq. Yelkənli qayıq. Balıqçı qayığı. Qayıqda gəzmək. - Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suya. S.Vurğun. Tapdıqpaltarlarını kiçik qayıqda qoyub suya girdi. Ə.Əbülhəsən.
2....

QAYIQÇI (ID - 24088)

QAYIQÇILIQ (ID - 24089)

is. Qayıq sürmək peşəsi, qayıqçı sənəti.

QAYIM (ID - 24090)

sif. köhn. 1. Uca, bərk, zil. Molla İbrahim Xəlil bu halət ilə görməkdən vəch edib, qayım sövt ilə çığırırdı. M.F.Axundzadə.
Bərk, möhkəm, ağır, tutarlı. Təzəcə dəyənək alıbsan ələ; Qayım tut ki, nagah düşər,...

QAYIN1 (ID - 24091)

is. Ər və ya arvadın qardaşı. Hümmət, Tağı əminin xalası oğlu və həm də qaynı idi. S.S.Axundov. [Yaxşı:] Qaynım dünən araba ilə şəhərə gedib. C.Cabbarlı.

QAYIN2, QAYINAĞACI (ID - 24092)

is. bax ağcaqayın.

QAYIN3 (ID - 24093)

is. [ər. ğayın] Ərəb əlifbasında işarəsi ilə yazılan hərfin adı.

QAYINANA (ID - 24094)

is. Ər və ya arvadın anası. Sona xala gözəl bir gəlin qayınanası oldu. S.S.Axundov. Qayınanalarınıza çox da üz verməyin, evinizə pərxaşlıq salar. Qantəmir. Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız...

QAYINARVADI (ID - 24095)

is. Qayının arvadı.

QAYINATA (ID - 24096)

is. Ər və ya arvadın atası. Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə. C.Məmmədquluzadə. Bir tərəfdən əri, o biri tərəfdən də qayınatası bütün acıqlarını Gülyazdan...

QAYINXATINI (ID - 24097)

is. Qayınarvadı. Bu darvazanın ixtiyarı Əminənin böyük dul qayınxatınısı Dürdanə xanımda idi. Ə.Əbülhəsən.

QAYIRMA (ID - 24098)

1. “Qayırmaq” dan f.is.
2. sif. Saxta, uydurma, qondarma. ..Sədr və katibin imzaları da qayırma və uydurma imzalardır. M.S.Ordubadi. // Süni. Qayırma diş. - ..Balaca bir binada bomba hazırlandığını göstərən alət və hissələr...

QAYIRMAQ (ID - 24099)

f. 1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır. - Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani.
Bina etmək, qurmaq, tikmək....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed