İzahlı lüğət

QAYIRMAQ

f. 1. Emal etmək, hazırlamaq, istehsal etmək. Bu fabrikdə mebel qayırırlar. Süddən pendir qayırırlar. Usta güzgü qayırır. - Şərh edir gah süd qayırmağı; Ki qatıqdan belə çəkin yağı. S.Ə.Şirvani.
Bina etmək, qurmaq, tikmək. [Məhəmmədəli:] Elə artıq hesab deyil, ağa... Təndirxana uçmuşdu, onu qayırmışam. N.Vəzirov. // Düzəltmək, təşkil etmək. [Məstan bəyin] özünə hər tərəfdən təzyiq etdilər və axırda da evini alıb, klub qayırdılar. B.Talıblı.
Hazırlamaq, düzəltmək, qurmaq. [Bayram:] Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan çıxa, sən azad qalasan, ona razısanmı? M.F.Axundzadə. [Şahnisə:] Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, dedi. Çəmənzəminli.
Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. Damın axan yerini qayırmaq.
İş görmək, bir işlə məşğul olmaq. Orada nə qayırırsan? Bu vaxta qədər evdə nə qayırırdın? // Etmək, bacarmaq, əlindən gəlmək. Camaatın qabağında Fərhad bəy nə qayıra bilər? Qantəmir. Bu ayıqlığın qabağında [Cuma] nə qayıra bilərdi? Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed