
QAYÇILAMAQf. Qayçı ilə kəsmək, qayçı ilə üzdən götürmək; qayçı ilə budamaq. Uşağın saçlarını qayçılamaq. Bağban ağacın quru budaqlarını qayçıladı. Qoyunun yununu qayçılamaq. - [Xortdan:] Bunu deyib, öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Ə.Haqverdiyev. Yekə bir qayçı alıb papaqları qayçılamağa başladım, çünki ustam qalıntüklü papaqları qayçılayanda görmüşdüm. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|