QAYIMsif. köhn. 1. Uca, bərk, zil. Molla İbrahim Xəlil bu halət ilə görməkdən vəch edib, qayım sövt ilə çığırırdı. M.F.Axundzadə.
Bərk, möhkəm, ağır, tutarlı. Təzəcə dəyənək alıbsan ələ; Qayım tut ki, nagah düşər, ağlarsan. M.V.Vidadi. [Vəzir:] Əlbəttə, sabah ona bundan qayım sözlər deyəcəyəm. M.F.Axundzadə. Odabaşı əlini ölçə-ölçə qayım səs ilə başladı: - A kişi, sən allah, zarafat eləmə.. C.Məmmədquluzadə. Simic, xəsis, bərk. [Zalxa:] Niyə qayım olmayım, səndən mən nə xeyir görmüşəm? M.F.Axundzadə. qayım-qayım zərf məh. Bərk-bərk, möhkəm. Mənim kimi bir sirdaşın yanında; Qayım-qayım sarınmağın nədəndir? M.P.Vaqif. Paylaşın - Hamı bilsin
|